Tbilisi şəhərində
Xocalı Soyqırımının
25 ci il dönümü ilə
əlaqədar olaraq
"XOCALIYA ƏDALƏT!" adlı
aksiya yürüş təşkil edilib.
Tbilisidən Borçalı Gənclər Birliyinin sədri
Elmar Novruzov
ZiM.Az-a bildirib ki,
aksiya iştirakçıları Rustaveli metrosunun qarşısından başlayaraq, Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısınadək yürüş keçiriblər.
Yürüş zamanı “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” və s.
şüarlar səsləndirilib.
Parlamentin qabağında Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aksiyada Azərbaycan və Gürcüstan bayraqları dalğalanıb.
"Borçalı-İrəli" İctimai
Birliyi tərəfindən Xocalı Soyqırımının tanıtımı və təbliğatı üçün gürcü dilində cap etdirilən 5 min ədəd buklet yol boyu şəhər ictimaiyyətinin nümayəndələrinə və paytaxt sakinlərinə, eləcə də paytaxda qonaq olan digər millətlərin nümayəndələrinə paylanılıb.
Aksiyada Gürcüstan parlamentinin deputatı
Azər Süleymanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri
Əli Bədirov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri
Əli Babayev, İ.Javaxişivili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan otağının koordinatoru
Leyla Əmrahova,
fəal gənclər, tələbələr,
KİV-nümayəndələri və b.
iştirak edib.
"Borçalı-İrəli" İctimai Birliyinin sədri
Məhəbbət İmanov mediyaya açıqlamasında bildirib ki, "Aksiyanın keçirilməsində məqsəd əsrin ən faciyəli soyqırımı olan Xocalını gürcü ictimayyətinə, gürcü gənclərinə və paytaxt sakinlərinə çatdırmaqdır. Tədbirdə beynəlxalq
hüquq təşkilatlarını Xocalı soyqırımına hüquqi qiymət verilməsinə səslədik, Gürcüstan və Azərbaycanın işğal olunan 20% torpaqlarının azad olunmasını tələb etdik."
Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqının Gürcüstandakı İnformasiya Mərkəzinə və Gürcüstan Qızıl Xaç Komitəsinə müraciət təqdim ediblər.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.