"Bilik" Fondunun təşəbbüsü ilə Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü yad edilib

"Bilik" Fondunun təşəbbüsü ilə Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü yad edilib"Bilik" Fondunun təşəbbüsü ilə Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü yad edilib "Bilik" Fondunun təşəbbüsü ilə Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü yad edilib"Bilik" Fondunun təşəbbüsü ilə Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü yad edilib

Azərbaycan Respublikası Prezidenti yanında
"Bilik" Fondunun
təşəbbüsü ilə
Zəngilan rayonunun
Ermənistan silahlı qüvvələri tərəfindən işğalının
24-cü ildönümü yad edilib





Oktyabrın 28-də
Zəngilan rayon
36 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında "Bilik" Fondunun təşəbbüsü ilə Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.


Öncə Zəngilanın işğalı, Qarabağ uğrunda gedən döyüşlər zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirini giriş sözü ilə açan məktəb direktoru Ənvər Məmmədov öncə qonaqları işgirakçılara təqdim edib.

Ə.Məmmədov Zəngilanın işğalı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bildirib ki, Zəngilan döyüşlər zamanı 188 şəhid verib, 44 nəfər itkin düşüb.

Tədbirdə "Bilik" Fondunun nümayəndəsi - AMEA Nəsimi adına Dilçilik İnstititunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü iştirak edib.

T. Şükürlü çıxışında Zəngilanın tarixi, mədəniyyət abidələri, Zəngilan toponiminin mənşəyi, Zəngilanlı gənc alimlər və ziyalılar haqqında məlumat verib. Sonra T. Şükürlü xatirələrindəki hadisələri bölüşüb.

Tədbirdə şagirdlər Zəngilana aid şeirlər söyləmiş, onların ifalarında musiqilər dinlənilmişdi.

Tədbirdə Sabunçu rayon 12 saylı Mərkəzi Kitabxanın müdiri Vəsilə Məmmədova, 4 saylı kitabxana müdiri Vüqar Məmmədov da fəxri qonaq kimi iştirak edib.

Sonda qeyd edilib ki, bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir.

Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq!


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: