Hazırda Parisdə ezamiyyətdə olan İlqar İlkin
ZiM.Az-a bildirib ki,
Aksiyada Fransada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib.
Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini və müxtəlif plakatlar tutaraq səfirliyin qarşısında “Ermənistan aqressiyaya son ver!", “Azərbaycan torpaqlarını işğala son qoy!”, “Girovları azad et!”, “Qarabağdan əlini çək!” kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları Dilqəm Əsgərov və Şahbaz Quliyevə Dağlıq Qarabağ ərazisində qondarma məhkəmə nəticəsində qeyri-qanuni iş kəsildiyini bildirib, onların əsir və girov saxlanıldığını, fiziki və psixoloji işgəncə altında olduğunu qeyd ediblər. Girovluqda saxlanılan azərbaycanlıların dərhal azadlığa buraxılması tələb olunub. Aksiya Ermənistan səfirliyinə bəyanat təqdim etməklə, insidentsiz başa çatıb.
Xatırladaq ki, azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni silahlı birlışmələri tərəfindən oğurlanaraq, girov götürülüblər. Onlar üzərində saxta məhkəmə prosesi keçirilib və birinə 22 il, digərinə isə ömürlük həbs cəsası verilib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.