Bu illər ərzində Azərbaycan höküməti ərazidə sülhün bərqərar olması və torpaqların canlı itki olmadan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində dəfələrlə öz mövqeyini bildirmişdir.
Lakin Azərbaycanın sülh yolu ilə torpaqlarının geri qaytarılması təkliflərini Ermənistan rəhbərliyi qəbul etməyərək, cəbhədə atəşkəsi pozmağı və dinc əhaliyə və ordumuza qarşı təxribat törətməyi üstün tutmuşdur.
Sentyabrın 27-də səhər saat 06:00 radələrində işğalçı Ermənistanın cəbhə xəttində törətdiyi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Hal hazırda cəbhədə vəziyyət gərgindir. Təcavüz nəticəsində mülki əhali və hərbi qulluqçularımız arasında itkilərimiz var. Bu təxribatlara cavab olaraq Azərbaycan ordusu qısa müddətdə əks-hücuma keçmiş və düşməni geri çəkilməyə məcbur edərək, işğal altında olan ərazilərimizi azad etməkdədir. Ordumuza güvənimiz sonsuzdur. Artıq ölkəmizdə, xüsusilə də gənclərimiz arasında zəfər əhval rühiyyəsi vardır. İnanırıq ki, yaxın günlərdə bayrağımız zəfər sədaları altında doğma torpaqlarımızda dalğalanacaq və şəhidlərimizin qanı yerdə qalmayacaqdır!
Biz Azərbaycan qadınları “Qarabağ Azərbaycandır!" şüarını dəstəkləyir və bu zəfər yolunda Ali Baş Komandan Cənab İlham Əliyevə, Milli ordumuzun zabit və əsgərlərinə və bütövlükdə Azərbaycan xalqına uğurlar diləyirik!
F.İ.Qasımova,
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun
Qadınlar Təşkilatının sədri, b.u.f.d., dosent
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.