Tarixin təcrübəsi göstərir ki, yüksək vətənpərvərlik ruhuna malik əsgərləri olan ordunun qarşısında heç bir düşmən ordusu tab gətirə bilməz.
Hazırda torpaqlarımızın azad edilməsi uğrunda qəddar düşmən ilə vuruşan əsgərlərimizin qısa müddət ərzində əldə etdikləri uğurlar buna parlaq misaldır.
Biz, veteranlar, öz şanlı ordumuzla, Ali Baş Komandanımızla fəxr edirik və hər an cəbhəyə yollanmağa, silaha sarılaraq ön cəbhədə vuruşan əsgərlərimizlə birlikdə torpaqlarımızı məkrli düşmən işğalından azad etməyə hazırıq.
Böyük şairimiz Səməd Vurğunun sözləri ilə desək:
“Bilsin Ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərik biz də bu gündən”.
İbrahim Əzizov,
AMEA-nın müxbir üzvü,
əmək veteranı
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.