Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.2020)

Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.2020) Elzar Süleyman oğlu Yusubov
(9 yanvar, 1989, Qəmərli - 8 oktyabr, 2020, Füzuli rayonu)

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi Elzar Süleyman oğlu Yusubov 1989-cu il yanvarın 9-da qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstanın Dmanisi rayonundakı) Qəmərli kəndində anadan olub.
Başkeçiddə baş vermiş məlum olaylardan sonra Azərbaycana pənah gətiriblər.
1992-ci ildən Yusubovlar ailəsi Hövsan qəsəbəsində yaşamağa başlayıblar.


Elzar Süleyman oğlu Yusubov 1995-2007-ci illərdə Hövsan qəsəbəsindəki Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə oxuyub.
2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.
Elzar Yusubov 2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib.
2019-cu ildən Azərbaycan Silahlı Qьvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətini davam etdirib.
Ailəli idi. 2 qızı yadigar qalıb.

Azərbaycan Ordusunun leytenantı olan Elzar Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başla-nan Vətən müharibəsi zamanı Füzulinin azadlýđý uđrunda gedən döyüşlərdə savaşıb. Elzar Yusubov oktyabrın 8-də Füzuli döyüşləri zamanı yaralansa da, döyüşməyə davam edib. Döyüşlər başa çatdığdan sonra təcili tibbi yardım göstərilib, döyüş meydanından təxliyyə edilsə də, qanitirmə nəticəsində şəhid olub.
Hövsan qəsəbəsində dəfn olunub.
Allah rəhmət eləsin.


P.S.:
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elzar Yusubov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.-2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə isə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

* * *

Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.2020) Vətən müharibəsi şəhidlərinin materialları
Tarix Muzeyinə təhvil verilib


Vətən müharibəsi şəhidlərinin ailə üzvləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Ailə üzvləri tərəfindən şəhid Yusubov Elzar Süleyman oğluna məxsus materiallar muzeyin əməkdaşı Pərvanə Əzimova vasitəsilə təhvil verilib.
Sonda qonaqlar muzeyin zalları ilə tanış olublar.


Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: