Bakı şəhərində anadan olub.
Əslən qədim Borçalı mahalının Başkeçid elindəki
(indiki Gürcüstanın Dmanisi rayonundakı)
Dəllər kəndindən idi və ailənin yeganə oğlu idi.
Alı Həsənli - 1 sentyabr 2001-ci ildə
Bakı şəhərinin Nizami rayonundakı
Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına
220 saylı məktəb-liseyin 1-ci sinifinə qəbul olub.
2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
“Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub.
2016-cı ildə həmin ixtisası bitirib.
2016-cı ilin 20 iyulda Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanıb, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçib.
2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub.
Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
2018-ci ilin dekabr ayından etibarən SOCAR-ın Təhlükəsizlik idarəsində təhlükəsizlik əməkdaşı kimi çalışıb.
2020-ci il sentyabrında SHXÇDX-nin Bakı şəhəri Nizami rayonu şöbəsinə ərizə yazaraq könüllü olaraq Vətənin müdfiəsinə yollanmaq istədiyini bildirib. Sentyabrın 21-də yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına qoşulub.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə və Cəbrayıl istiqamətində gedən döyüşlərdə rayonlarının azadlığı uğrunda mübarizədə xüsusi rəşadət göstərib.
Alı Həsənli 20 oktyabr 2020-ci ildə Vətən Müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin.
P.S.:.
Alı Həsənli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.