1969-cu ildə Cəbrayıl rayonunun Horovlu kəndində 1-ci sinifə gedib, 1978-ci ildə 8-ci sinifi bitirib.
1978-ci ildə Bakıya gəlib, Dəmiryol Texniki Peşə məktəbinə daxil olub, 1981-ci ildə oranı bitirib.
1981-ci ildə SSRİ-nin ordu siralarina hərbi xidmətə gedib, 1983-cü ildə qayidib.
1984-cü ildə Leytenant Şimid adina maşınqayirma zavoduna işə duzəlib, 1985-ci ildə ailə həyatı qurub. 1991-ci ildə könüllü olaraq döyüş bolgəsinə gedib - Cəbrayıl rayonundakı N saylı hərbi hissəyə qatilıb.
O, Kamil Vəliyevin komandir olduğu batalyonda döyüş yoldaşlari Valeh, Cabir, Əfqan qardaslari, Asif, Sahiblə birgə könulu olaraq döyüşlərdə iştrak edənlərdən ilklərdən biri olmuşdur.
Həmin batalyon Daşbaşı əməliyatı zamanı Cəbrayil və Hadrut rayonlarının 14 kəndi geri almışdır.
Sonra isə Banazor kəndi ugrunda döyüşlərdə iştirak etmiş, Tur əməliyyatinda agir döyüslərdə cəmi 13 nəfərlə döyüşə qatılmış və kəndi erməni işgalcılarindan azad etmişlər.
15 avqust 1993-cu ildə Daşbası kəndi ugrunda gedən döyüşlərdə, gərgin döyüşlərlərdən sonra, onlar muhasirəyə düşurlər. Geriyə çəkilib Füzuli yoluna keçiblər. Silah-sursatlari tukənir, arxadan kömək gözləyən döyüşcülər məcbur olub İran istiqamətinə cəkiliblər. Həmin döyüşlərdə erməni tərəfindən vurulub. Cəbrayıl xəstəxanasinda müalicə olub, yenə könullü olaraq döyüşə qatılıb.
23 avqust 1993-cü ildə Cəbrayil rayonu işgal olundu. Zahid Gülməmmədov komandir oldugu dəstə ilə birgə Agdam istiamətində gedən döyüşlərdə iştirak edirlər. Agdamin Gullücə kəndində siddətli döyuşlər gedir, ordada çoxlu sayda itgilər verilər. 1994-cü ildə Füzuli istiqamətində hücuma keçərək, bir neçə kəndi, ocümlədən, Lələtəpə, Cocuq Mərcanlı və basqa kəndləri əldə edirlər.
Sonra onlarin alayı dagılir, hər birinii basqa-başqa istiqamətlərə göndərirlər.
Dəfələrlə gedən döyüşlərdə yaralanmasina baxmayaraq, o döyüs yoldaslari ilə birgə mühasirəyə düşüb, mühasirədən ugurla cixirlar.
1994-cü il may ayinda atəşkəs elan oldu, müharibə dayandi.
Zahid Gülməmmədov bədəninin muxtəlif nahiyələrində qəlpələr ilə 1996-cı ildə ordudan təxris olundu...
Hazirda işləmir, bos vaxtlarinda kitab oxuyur, idman edir.
Biz də Zahid Gülməmmədova bir daha öz minnətdarlığımızı bildirir və ona uğurlar arzulayırıq.
Tahirə Qarabağlı,
şairə-jurnalist,
AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatçısı.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.