Tam orta məktəbi 1990-cı ildə Cəbrayil rayonun Nizğar kəndində bitirmışdir.
1992-1997-ci illər ərəfəsində Birinci Qarabağ Müharibəsində, Erməni işğalçilarina qarşı, Cəbrayıl Füzuli, Ağdam rayonlarinda gedən ağır döyüşlərdə iştırak etmisdir. İkinci qrup Qarabağ qazisidir.
Hazirda Bakı şəhəri, Cabunçu qəsəbəsində məskunlasib.
Ailəlidir iki övladı - bir qızı, bir oğlu var.
İmran Həsənovun dediklərindən:
1992-ci il avqustun 15-də bizim h-h-yə döyüş hazırlığı və hücum əmri verildi. Mən, Faiq Əliyev, Cəbrayıl Əzizov, Samir Maralyunlu... Biz ekipaj heyyəti olaraq, Qışlaq kəndinə yollandıq.
Səhər tezdən, təqribən saat 5-6 olardı, Hadrut, Şiş qaya, Ağ yol uğrunda döyüşlərə başladıq.
Bizə əmr gəldi, Şiş qaya, Ağ yol postlarında atəş açıb, nəzarət altında saxlayın.
Mən həmin istiqamətdə xeyli atəş açdım. Düşmənə, baş qaldırmağa imkan vermədim. Bizimkilər Şiş qaya, Ağ yol postuna qalxıb çatana qədər, mən həmin istiqamətə atəş açırdım.
Erməni postuna az qalmış mən atəşi dayandırdım. BTR-dən çölə cixdım ki, baritin qoxusundan bir nəfəs alim.
Elə bu zaman mərminin gəldiyini hiss etdim, qaydalara əməl edərək cəld yerə uzandım. 5-10 metrəlik məsafədə şiddətlə partladı. Basimda bərk agrilar oldu, elə hiss etdim ki, başıma çoxlu iynələr batırırlar.
Ayağa qalxmaq istəyində, ikinci mərmi mənə çatmamış yenə düşərək partladı. Sonra vəziyyətim tamamıilə ağırlaşdı.
Mənə Qaçay həkim, Sahib həkim, medbrat Sabir ilk yardım göstərblər.
Abbasov Elxan ağır yaralanır, rayon xəstəxanasına aparılır.
Həkimlərin səyinə baxmayaraq ayağının birini amputasiya edirlər.
Abbasov Elxanın qardaşı Elməddin Abbasov isə Murovda döyüşlərin birində itgin düşüb.
Hələ də öldü, ya qaldı bilinmir.
Biz də İmran Həsənova şərəfli döyüşlərinə görə bir daha öz minnətdarlığımızı bildirir, ona can sagligı, urək dolu məhəbbət və yeni-yeni uğurlar arzulayırıq.
Tahirə Qarabağlı,
şairə-jurnalist,
AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatçısı.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.