
- 23 may 1973-cü ildə Cəbrayıl rayonundakı
Qumlaq kəndində anadan olub.
25.05.1991-ci ildə keçmiş Sovetlər Birliyində Ural Hərbi dairəsində Havadan hücum divizyasında xidmətə başlayıb.
1992-ci ilin fevralında Sovet ordusunda xidmətdən imtina edərək Azərbaycana qayıdıb.
27.02.1992-ci ildən Cəbrayıl rayonundakı 805 N-li ərazi müdafiə taborunun Rabitə tağımında tağım komandiri müavini olaraq xidmətə başlayıb.
15.08.1993-cü ildə erməni birləşmələrinin Xocəvənd rayonundakı Hərəkül kəndinə hücumu zamanı yaralanıb.
1 ay müalicə aldıqdan sonra xidmətini yenidən davam etdirib.

1992-1993-cü illərdə Cəbrayıl rayonunda yaranmış Əsir və girovların Dövlət komitəsində əsir, girov düşmüş şəxlərin dəyişirilməsində iştirak edib.
26.10.1993-cü ildə erməni qoşunlarının Cəbrayıl rayonunun Mahmudlu Qaradiz qəsəbəsini mühasirəyə aldığı zaman 4 gün ərzində 2000 nəfərə yaxın mülkü əhalinin Araz çayı üzərindən İran İslam Respubilikasının ərazisinə keçməsində öz tağımı ilə xüsusi köməklik göstərib.
“Azərbaycan Respubilikası Silahlı qüvvələrin yaranmasının 95 illik yubileyi”, “Qüsursuz hərbi xidmətə görə” 3 dərəcəli, “Vətən Naminə”, “Fədai”, “Vətənpərvərlik İşində xidmətlərinə görə” medalları ilə və bir neçə dəfə müxtəlif Fəxri Fərmanlarla təltif olunub.

Azərbaycan Respublikası Ali Baş komandanın müvafiq əmrinə əsasən 27.09.2020-ci ildə Azərbaycan ordusunun əks hücumu başlayan zaman könüllü olaraq Tərtər, Fizuli, Cəbrayıl istiqamətimdə orduya cəlb olunub.
2-ci qrup əlildir.
Biz də qazi Kənan Babayevə şərəfli döyüşlərinə görə bir daha öz minnətdarlığımızı bildirir, ona uzun ömür, möhkəm can sagligı və yeni-yeni uğurlar arzulayırıq!..
Tahirə Qarabağlı,
şairə-jurnalist, AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatçısı.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.