Şəhid Şəmsi Məhəmməd oğlu Həmidov (1967-1993)

Şəhid Şəmsi Məhəmməd oğlu Həmidov (1967-1993)Şəhid Şəmsi Məhəmməd oğlu Həmidov -
22.01.1967-ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində ana­dan olmuşdur.
1993-cü idə kö­nüllü olaraq Cəbrayıl rayon ərazisindəki 896 N-li Hərbi hisəyə müraciət edərək erməni ekstrimistlərinə qarşı Vətənin müdafiəsinə qoşulmuşdur.
Bir çox ağır döyüşlərdə xüsusi igidliklər göstərmişdir.
25.08.1993-cü ildə erməni qoşun birləşmələrinin Cəbrayıl rayon ərazilərinə hücumu zamanı qəhramancasına Şəhid olmuşdur.
Allah rəhmət eləsin. Amin.


Şəhid məktubu

Öldüm Vətən yolunda ki,
Başin uca olsun, bacı.
Şəhidlər ölmürlər ki,
Gələm sənin yuxuna.
Gəlim, sıgal cək bacı,
Yenə qıvrım telimə.
Ay gözəl-göysək bacı,
Qurban olum, mən sənə.
Ana əvəzisən sən,
Çox əziyyət çəkmisən.
Erkən öldü anamız,
Bacı əziyyət çəkmisən.
Gözləmə sən yolumu,
Mən daha gəlməyəcəm.
Üzmə ozünü bacı,
Mən yuxuna gələcəm.
Yalvarıram sənə mən,
Qəbrim üstə aglama.
Qisas aldım düşməndən,
Ürəyini daglama.
Təməlsiz ev hörmədim,
Mənim mehriban bacım.
Gözləmə sən yolumu,
Əllərini üz bacım.
Gözləmə sən yolumu,
Mən daha gəlməyəcəm.
Haçan gəlsən yolunu,
Onsuzda gözləyəcəm.
Yalvarıram sənə mən,
Qəbrim üstə aglama.
Qisas aldım düşməndən,
Ürəyini daglama.
Təməlsiz ev hörmədim,
Mənim mehriban bacım.
Qardaş toyu görmədin,
Üzmə özunü, bacım.
Fəxr elə ki, bu gundən,
Səhid bacısısan sən,
Muğayat ol özündən,
Mənimlə cənnətdəsən.


Tahirə Qarabağlı,
şairə-jurnalist, AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatçısı.


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: