Qazi Elxan Şirxan oglu Abbasov

Qazi Elxan Şirxan oglu Abbasov
Qazi Elxan Şirxan oglu Abbasov
- 20.04.1973-cü ildə Cəbrayil rayonundakı Niz­gar kəndində ana­dan olub.
1980-ci ildə Nizgar kənd orta mək­təbinin 1-ci sinfinə ge­dib.
1990-cı ildə həmin orta məktəbi bitirib.
SSRİ hərbi sıralarında 1 il Leninqrad şəhərində qulluq etdikdən sonra, ser­jant rütbəsi ilə geri qayıdıb.
8.06.1992-ci ildə könüllü olaraq, or­du sэralarına yazılıb, Cəbrayıl, Ağdam, Füzuli uğ­run­da gedən döyüşlərdə iştirak edib.

28 iyul 1992-ci ildə Sur əməliyyatı zamanı 15 gün Qışlaq kən­dində olarkan, komandanlıq tərəfindən, hücum əmri verilib.
Şiddətli döyüşlər gedib, Sur kəndini azad edib, 3 gün 15 əsgərlə mühasirədə qalıb, çoxlu itgilər veriblər.
15 avqust 1992-ci ildə Şişqaya əməliyyatı zamanı, sağ ayağından qəlpə yarası alэb.
Müalicə aldıqdan sonra, yenidən hərbi hissəyə qayıdıb.
23.08.1993-cü ildə Cəbrayil rayonuna hücum əmri verilib, qeyri-bə­rabər qüvvələrlə döyüşlər zamanı, Cəb­rayıl rayonu mənfur düş­mən tərəfindən işgal olunub. Onlar Füzuli istiqamətində dö­yüşlərə başlayıblar.
1994-cı ildə Ağdamın Güllücə kəndi, Uzun­­­dərə uğrunda gərgin döyüşlər zamanı, çoxlu itgilər verib­lər.
Döyüşdən sonra Şəhid olan döyüş yoldaşlarının nəşini Ka­maz maşın­lara yükləyib, Bərdəyə gətiriblər, Şəhidlər xiyabaninda dəfn edirblər.
Qazi Elxan Şirxan oglu Abbasov İtgilər cox oldugu ücün yenidən Füzuli rayonuna qayıdıblar.
Abbasov Elxan dö­yüşlər zamanı sağ ayağını Vətən yolunda qurban verib.

Onu da qeyd edək ki, Ab­basov Elxanin qardaşı Elməddin Abbasov Murov dağında döyüşlər zamanı itgin düşmüşdir.
Öldü-qal­dısı indiyə qədər də bilinir.

Biz də qazi Elxan Şirxan oglu Abbasova şərəfli döyüşlərinə görə bir daha öz minnətdarlığımızı bildirir, ona uzun ömür, möhkəm can sagligı və yeni-yeni uğurlar arzula­yırıq!..

Tahirə Qarabağlı,
şairə-jurnalist, AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatçısı.


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: