Təranə Cəbiyevanın şeirlərindən ibarət yeni albom işıq üzü görüb

Təranə Cəbiyevanın şeirlərindən ibarət yeni albom işıq üzü görüb 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin,
2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan tanınmış yazıçı-publisist, şairə, müəllimə, eyni zamanda “Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, “Xanqızı Natəvan”, “Zirvə”“Qızıl qələm” mükafatları laureatı Təranə Kommuna qızı Cəbiyevanın şeirlərindən ibarət “Vətənin keşiyində” adlı disk-albomu işıq üzü görüb.


ZiM.Az xəbər verir ki, geniş dinləyici auditoriyasına təqdim olunan “Vətənin keşiyində” adlı disk-albomda müəllifin Vətənə, Ali Baş Komandana, əsgərlərimizə və Şuşaya həsr etdiyi şeirləri toplanıb.

Albomdakı şeirləri bədii qiraət ustası Əlizaman İlknur səsləndirib.
Diskin hazırlanmasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun, Vaqif Mustafazadənin və gənc bəstəkar E.Şahinin musiqilərindən istifadə olunub.


Qeyd edək ki, Təranə Cəbiyeva bir çox kitabların müəllifidir.
İndiyədək onun “Bülbülə İmamzadə ziyarətgahı” (2003), “Gənc müəllim və özünütəhsil” (2004), “Güzdəkli Sona xanım” (2008), “Bir ömrün taleyi” (2009), “Lahıcın dağ vüqarı” (2010), “İçərişəhərin əbədi sakini” (2010; 2011-ci ildə ikinci dəfə nəşr olunub), “Bakı kəndlərinə səyahətim” (2013, 2017), “Tər bənövşə” (2013), “Səlahiyyətli səfir” (2014), “Səttar yadigarı” (2015), “Nurlu balalar” (2017), “Seysulanda döyüş” (2017), “Qarabağda döyüşən bülbüləlilər” (2021) kitabları nəşr olunub.

Təhsilə, elmə, ziyalılarımıza həsr olunan mindən çox publisistik yazıların, Bakı kəndlərinin tarixinə, Qarabağ müharibəsinə həsr olunan kitabların, vətənpərvər şeirlərin müəllifi olmaqla, uzun müddət "Şərqin səsi" və "Elm və təhsil" qəzetlərinin redaksiyasında çalışarkən özünə minlərlə oxucu qazandığı kimi, ində də Azərbaycan Radiosunun efirindən çoxmilyonlu efir dinləyicilərini ətrafına toplamağı bacaran fədakar ziyalı, istedadlı qələm sahibi, yazıçı-şairə Təranə Cəbiyevanı “Vətənin keşiyində” adlı disk-albomunun işıq üzü görməsi münasibəti ilə bir daha ürəkdən təbrik edirik.
Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, bədii yaradıcılıq işlərində, pedaqoji və jurnalistlik fəaliyyətində daha böyük uğurlar, yeni-yeni nailiyyətlər qazanmağı arzulayırıq!


Müşfiq BORÇALI,
ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: