"Şəhidlər ölməz, Vətən bölünməz!"

"Şəhidlər ölməz, Vətən bölünməz!"Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərkən şəhid olan soydaşlarımız xalqımızın qeyrətli oğul və qızları tərəfindən daim hörmət və ehtiramla yad olunur.
İctimai fəallığı ilə seçilən QHT fəalları da mütəmadi olaraq ölkəmizin şəhər və rayon mərkəzlərində yerləşən şəhidlər xiyabanını ziyarət edirlər.
"Xocalı Soyqırımını Tanıtma", "Yeni Yurd" Sosial İnkişaf, "Qürur" Şəhid Ailələri Xeyriyyə, "Erməni Təcavüzünün Tanıdılması" ictimai birlikləri,"Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu" nun üzvləri, habelə, Kanal24.az İnternet TV -nin əməkdaşları"20 Yanvar faciəsi zamanı şəhid olan soydaşlarımızın məzarlarını ziyarət etdilər.
Allah-Taala bütün şəhidlərimizin ruhlarını şad, məkanlarını cənnət etsin.Amin.

Şamilə Şamilqızı,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin üzvü,
"Ana harayı" qəzetinin ştatdankənar müxbiri.




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: