MİLLİ DƏYƏRLƏRİMİZİ QORUMAQ BİZİM MÜQƏDDƏS BORCUMUZDUR!..

MİLLİ DƏYƏRLƏRİMİZİ QORUMAQ BİZİM MÜQƏDDƏS BORCUMUZDUR!.. Bizlər, Gürcüstanda yaşayan Azərbaycan türkləri, bir çox şeyi səhv salır və eyni yalnışı etməyə davam edirik.

Ərəblər gəldi islamiyyətlə tanış elədi bizləri, sonra da yavaş-yavaş adət-ənənələri keçməyə başladı.

İndi bir çox insanlar təəssüflər olsun ki, ərəb mədəniyyətiylə islamiyyəti qarışdırır, səhv salırlar.

Habelə Sovet Rusyasının hakimiyyəti illərində cəmiyyətimizdə rus dili ilə birgə ruslaşma, eləcə də ateistləşmə getdi.

Faktdır ki, indi də bir çox Azərbaycan türklərinin ailəsində rus dilində danışılır.

Bizlər əsrlərdir gürcülərnən iç-içə yaşamağımıza baxmayaraq, öz milli dəyərlərimizi, dilimi, dinimizi, mədəniyyətimizi, adət-ənələrimizi qoruyub saxlayırıq.
Süfrələrimizə keçən az sayda gürcü adətlərini saymasaq, deyə bilərik ki, bir çox "millətçi-şovinistlər" əllərindən gələni etsələr də, bizləri gürcüləşdirə bilməyiblər.
Düzdür, Gürcüdilli məktəblərdə uşaqlar gürcücə daha yaxşı təhsil alıb, gürcü dilini öyrənirlər, ancaq faktdır ki, uşaqlarımız öz milli dəyərlərimizdən uzaq qalır, qədim və zəngin tarixə malik olan türk mədəniyyəti yerinə gürcü mədəniyyətini, gürcü tərbiyəsini götürürlər. Şəxsən mən elə valideyinləri qınayıram, hansı ki, gürcüləşməyi tərcih edirlər. Evdə uşağın tərbiyəsi ilə məşğul (gerçəkdən) olanlar xaric.

İndi də təəssüflər olsun ki, avropalaşma gedir.
O avropalılar ki, namus və qeyrətdən bixəbər və yoxsuldurlar.

Açıq-saçıq, darbalaq şalvar geyinən avropalıları misal gətirərək müasirləşmək - müasirləşməkdirsə əgər, mən şəxsən elə avropalaşmağa-müasirliyə yox deyirəm!..

Biz mədəniyyət və milli dəyərlərimizlə seçilirik. Bunu qoruyub saxlamalıyıq!..

“Uşaqdan soruşursan, nəsən? Nəçisən?
Cavab verir ki, “musurmanam”. Dəhşətdir.

Ü.Hacıbəyovun dediyi kimi, bizim millət
Nəyini soruşsan “müsəlmanam” deyə cavab verir.

Əslində gerçək belədir:
Dinimiz : İslam
Milli kimliyimiz : Azərbaycan türkü.
Dilimiz : Azərbaycan türkcəsi.
Dinə mənsubluq: Müsəlman.

Bir sözlə, MİLLİ DƏYƏRLƏRİMİZİ QORUMAQ BİZİM MÜQƏDDƏS BORCUMUZDUR!..
Gəlin bu müqəddəs borcumuzu ŞƏRƏFLƏ YERİNƏ YETİRƏK!..


Yaşar ƏSGƏROV,
Tbilisi Dövlət Universitetinin tələbəsi,
Professor Mədəd Çobanov adına Fəxri təqaüdçü.


ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: