azərbaycanlıların
kompakt yaşadığı
Saqareco (Qaraçöp mahalı) rayonunda Yor Muğanlı kənd orta məktəbinin
açılışı olub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri
Zaur Darğallı və digər rəsmi şəxslər iştirak edib.
Yor Muğanlı orta məktəbinin müəllimi İsmixan Məmmədovun
APA-ya verdiyi məlumata görə, yeni məktəb müasir standartlara cavab verir: "Məktəbdə 12 sinif otağı var. Siniflər yeni parta və yazı lövhələri ilə, kompüterlərlə təmin olunub, istilik sistemi quraşdırılıb. Məktəbdə 60- dək müəllim 1200 şagirdə dərs deyir. Əvvəllər məktəb kirayə tutulmuş şəxsi evlərdə fəaliyyət göstərirdi. Yeni istifadəyə verilən məktəbdə Yor Muğanlı və Keşəli kəndlərindən gələn şagirdlər təhsil alır".
Qeyd edək ki, azərbaycanlıların kompakt yaşadığı Yor Muğanlı və Keşəli kəndlərində 1000-dən çox ailə yaşayır.
Gürcüstan. Nizami Məmmədzadə-APA.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.