“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…” yaxud, Məmməd İsmayıla açıq məktub

Əziz oxucu, Azərbaycanın çağdaş ədəbi simalarının nəhənglərindən olan Anarın, yaradıcı insanların adından danışmaq məsələsi ilə bağlı, xatirini dünyalarcan istədiyim şair dostum Rüstəm Behrudinin fikirlərinə heç bir münasibət bildirmək istəmirəm. Çünki mən Rüstəmi gənclik illərindən tanıyıram. Rüstəmi bir vətənpərvər oğul, istedadlı şair və vicdanlı insan kimi tanıyıram. Sadəcə olaraq, Rüstəm Behrudiyə onu demək istəyirəm ki, əziz dostum, fikrimcə, Anar müəllim yaradıcı adamların adından danışarkən, Yazıçılar Birliyinin üzvlüyündə olan yaradıcı adamların adından danışır. Anar Yazıçılar Birliyinin üzvü olan hər bir yaradıcı adamın adından danışmaq səlahiyyətindədir. Çünki bu danışmaq səlahiyyətini Anara, Yazıçılar Birliyinin qurultayı zamanı, Birliyinin sədri seçilərkən, seçənlər seçməklərilə vermşdir. Sən isə, əziz dostum, bildiyim qədəriylə Yazıçılar Birliyinin üzvlüyündən imtina etmisən…

Əsasən mən fikrimi Türkiyədə yaşayan eloğlumuz, tanınmış, şair Məmməd İsmayıla tutaraq fikir ifadə etmək istəyirəm, sözüm onadır ki, Məmməd İsmayıl heç şübhəsiz ki, istedadlı şairdir, Azərbaycanın istedadlı şairidir və vaxtiylə çox şerləri ilə populyarlıq qazanmış, rəğbət qazanmış bir şairdir. Ancaq Məmməd İsmayılın, “doğrunu, düzü söyləmək ilkin olaraq yaradıcı adamın borcudur” hikmətli fikri məni danışmağa sövq etdi. Əgər belədirsə onda mən, Məmməd müəllim, sizin haqqınızda bildiyim bir həqiqəti söyləmək istəyirəm və o həqiqəti eşıdərkən sizing hansı hala düşəcəyinizi gözlərimlə görmək istəyirəm. Yadınızdadırsa, siz vaxtiylə Azərbaycanda, Azərbaycan Dövlət Televiziya Şirkətinin rəhbəriydiniz. Belə bir geniş təbliğat meydanının meydanbəyi idiniz. O vaxtlar siz Azərbaycan televiziyasında çoxlu kadr islahatı apardınız. İslahatlar zamanı çoxlu sayda ixtisarlar da edilməyə başlandı. Və həmin ixtisarlar nəticəsində birçox işsiz qalan əməkdaşlar sırasında qələmdaşınızın övladı da yer almışdı. İllərdir ki, sizinlə rastlaşmaq təsadüfünü gözləyirdim ki, sizə bu sözləri üzbə-üz olarkən, heç kəsin eşitməyəcəyi bir məqamda deyim, təəssüf ki, elə bir qismət nəsib olmadı və düşünürdüm ki, bir gün mən də dünyamı dəyişəcəm, bu, üzünüzə deyilməsi vacib olan sözlər mənimlə o dünyaya gedəcək. Lakin indi sizin “doğrunu, düzü söyləmək, ilkin olaraq yaradıcı adamın borcudur”. hiknətiniz məni sizə deyilməsi vacib olan bu doğrunu, düzü mütləq deməyə vadar etdi.. Məsələ nədir? Bir dəfə mərhum, istedadlı, populiyar yazıçımız, mənim də vaxtı ilə dostluq etdiyim, “İtgin gəlin” əsərində baş qəhrəmanlardan birini oynadığım, gözəl insan Əlibala Hacızadənin, sızlaya-sızlaya mənə etdiyi ağrılı bir söhbəti diqqətinizə çatdırıram. Bu məsələ mənə o qədər pis təsir edib ki, onu özümə silinməz dərd, sağalması çətin olan yara kimi qəbul etmişəm. o vaxt Əlibala müəllimə söz vermişdim ki, fürsət düşsə, mən bunu mütləq Məmməd İsmayılın özüə deyəcəyəm. təəssüf ki, fürsət düşmürdü. Doğrusunu deyim ki Yazıçılar Birliyinin sonuncu qurultayında çıxışınızdan sonra mən söz alıb sizə bu fikirləri məhz yazıçıların iştirakı ilə olan məclisdə sizin üzünüzə demək istəyirdim. Sadəcə olaraq orada söz almaq imkanım olmadı. Ona görə bu fikirləri söyləyə bilmədim. Başqa bir auditoriyada da bunu söyləmək niyyətim yox idi. Çünki özünüz olmadığınız yerdə bu fikirləri söyləmək, hesab edirəm ki, uyğun olmayan bir mövqedir. Lakin bu gün sizin bu fikirinizi oxuyarkən, qərara gəldim ki, açıq şəkildə sizə bu məktubla fikrimi bildirim. Əlibala Hacızadə mənə söyləməyə başladı ki, Məmməd İsmayıl mənim könlümü elə qırıb ki, bu dərdi içimdə heç cürə daşıya bilmirəm. Dedim niyə? Dedi ki, bir vaxtlar o, televiziyada sədr işləyərkən oğlum da orada işləyirdi. Axşam gəldi, çox böyük kədərlə, əslində bu kədər deyildi, faciə idi, dedi ki, məni ixtisara saldılar. Mən dəhşətə gəldim. Düşündüm ki, bizim, o vaxtlar da bilirsiniz dolanışıq çox pis idi, ümidimiz bir tək oğlumun aldığı maaşa idi. Bu maaş da olmayanda biz nə yeyəcəyik? Amma öz-özümdə onu da düşündüm ki, Məmməd mənim övladımı işdən çıxarmaz. Ən azından o qələm əhlidi, bizim indiki halımızdan agahdı. Dedim oğlum, Məmməd əmin bilsəydi ki, sən mənim oğlumsan, səni heç vaxt işdən çıxarmazdı. Sən gərək girəydin Məmməd əmiyin yanına, vəziyyəti özünə deyəydin, deyəydin ki, Məmməd müəllim, mən yazıçı Əlibala Hacızadənin oğluyam. Ailəni mən dolandırıram. Dedi ki, bunu deməyə imkan yaratmadı. Bir də ki, desəm də bir mənası olmayacaqdı. İşin belə olduğunu görəndə qərara gəldim ki, gedim özüm Məmməddən xahiş edim. Getdim Məmməd İsmayılın qəbul otağına. Məlumat verildi ki, mən qəbul otağındayam. Xeyli gözlədim. Gördüm ki, artıq yarım saatdan çoxdur ki, gözləyirəm. Məmməd İsmayıl məni qəbul etmir. Soruşdum ki, yanında kimsə varmı, yoxsa nədir? Dedilər ki, yox yanında heç kim yoxdur, amma o məşğuldur. Düşündüm ki, ola bilər. Doğurdan da məşğul ola bilər. Bu boyda Dövlət Televiziyasının rəhbəridi, dərdi təkcə Əlibala dərdi deyil ki, min cür işi ola bilər. Ən azından əhəmiyyətli bir sənəd üzərində çalışa bilər, məktub hazırlaya bilər. Ona görə təmkinli oldum, gözlədim. Təxminən bir saata yaxın bir müddətdən sonra daxili telefonla soruşdu ki, məni orada gözləyən varmı? Köməkçisi cavab verdi ki, bəli, bayaqdan bəri yazıçı Əlibala Hcızadə sizi gözləyir. Dedi ki, oldu, yaxşı.

Onu da qeyd eləyim ki, mən gözlədiyim müddət ərzində bir neçə adam gəldi, köməkçi dedi ki,vaxtı yoxdur, sonra gəlin. Onlar da getdilər. Mənə də deyilmişdi, amma mən dedim ki, yox mən mütləq gözləməliyəm. Bir neçə dəqiqə də keçdi. Daxili telefon bir də zəng çaldı. Köməkçi dəstəyi götürdü, oldu, dedi, sonar mənə, buyurun, keçin, dedi. Keçdim içəri. Onu da deyim ki, mən gələn kimi məruzə etmişdi ki, bəs, Əlibala Hacızadə qəbul otağındadır. O isə, deyin gözləməsin, vaxtım yoxdur, deemişdi. Görünür görüşə israrlı olduğumu görüb qəbul etdi. Girdim , görüşdük. Xeylaq xoş sözlər dedik bir-birimizə. Xoş xatirələrdən danışdıq, deik-güldük, filan. Sonra gəlişimin məqsədini soruşdu. Düzünü deyim ki, bu qədər xoş söhbətlərimizdən və bu cür xoş əhval-ruhiyyədən sonar belə qənaətə gəldim ki, mən elə dərdimi deyən kimi dərdimə əlac eləyəcək. Ayrı cür görsənmirdi. Dedim ki, bəs, Məmməd, hal-qəziyyə belə… oğlum sənin işçindi. Axşam gəldi dedi ki, onu burada ixtisara salıblar. Mən də dedim ki, ay oğul gedəydin Məmməd əminin yanına, yəqin Məmməd əminin bu işdən xəbəri yoxdu. Deyəydin özünə, o sənin ixtisara düşməyinə imkan verməzdi. Nə isə, uşaqdı, utanıb, gəlməyib. Dedim, onda gəlim özüm deyim, özüm xahiş edim. Bilirsən də Məmməd, biz onun aldığı maaşa baxırıq… Məmməd baxdı üzümə, baxdı, baxdı, baxdı, axırda nə desə yaxşıdı? Dedi ki, Əlibala müəllim, biz artıq onu ixtisara salmışıq, mən heç bir şey eləyə bilmərəm. Dedim axı biz onun maaşına baxırıq. Onun maaşı olmasa biz acından qırılarıq. Biz necə edəcəyik onda? Nə edəcəyik? Acından ölək, deyirən? Dedi vallah, mən acından ölün demirəm, amma qərarı dəyişə bilmərəm. Dedim qardaş, qərar kimin əlindədi? Dedi, mənim. Ancaq, o tək deyil, onlar bir neçə nəfərdilər. Bu məsələ bitibdir! Xeyli baxdım, Məmmədin üzünə. Baxdım… baxdım… baxdım… Dedim Məmməd, bu elə bir dərd deyil, biz əvvəl-axır uşağa harada olsa bir iş tapacayıq, bir təhər dolanacağıq. Bir qarın çörəyi Allah bir yerdən yetirəcək. Amma məni bircə dərd öldürəcək. Məmməd karıxmış halda soruşdu, hansı dərd? Dedim, yəqin ki, biz hardasa üz-üzə gələcəyik. Onda sən mənim gözlərimin içinə necə baxacaqsan? Baxanda, hansı hissləri keçirəcəksən? Bax, o dərd məni öldürəcək. Bax o dərd məni öldürəcək, Məmməd. yanıqlı-yanıqlı bir də dedim ki, məni öldürsə, öldürsə bax bu dərd öldürəcək ki, sən mənim gözlərimin içinə necə baxacaqsan? Məmməd heç nə demədi. Və heç üzümə də baxmadı. Mən durdum, çıxdım, getdim.

Hörmətli şair, hörmətli Azərbaycan şairi, hörmətli Məmməd müəllim, həqiqət budur. İnanın, heç istəməzdim ki, siz qəribçilikdə ola-ola bu söhbəti açım. Ancaq açmasaydım, Əlibala Hacızadənin də ruhu qarşısında özümü günahkar hesab edərdim. İndi isə inanıram ki, o görüşünüzdən sonra bir daha heç vaxt sizin gözlərinizin içinə baxmaq imkanı olmayan Əlibala müəllimin ruhu sevindi. Bu yaz havasının xoş əhval yaradan təsir qüvvəsi ilə oyur-oyur oynadı çünki biz olan doğru haqqında həqiqətləri söylədik. Həqiqət budur ki, siz özünüzün həmkarınızın qələmdaşınızın, ehtiyac içində yaşayan bir böyük yazıçının, əlinizdəki kiçik bir vəzifədən sui-istifadə edərək, başına gətirdiyiniz bu hadisə sizin yaşadığınız ömrün bir parça acı xatirəsidir. Siz bu acı xatirəni, pis əməlinizi heç xatırlayırsınızmı? Həqiqət budur, Məmməd müəllim. Ona görə, xahiş edirəm həqiqətdən danışarkən bir az diqqətli olun və bu həqiqəti də unutmayın. Və sizin heç bir sözünüz keçərli, kəsərli deyildir. Bir parça çörəkdən ötrü özünüzə qurduğunuz kamfortu daha da gəlişdirməklə məşğul olun. Heç olmasa orada başarılı olun. Çünki siz Azərbaycan Dövlət Televiziyasında işləyərkən buraxdığınız səhvlərə görə işdən çıxarılmısınız. Deməyin ki, səhviniz olmayıb. Hər kəs bilir ki, səhv olmasa heç kəsi işdən çıxarmırlar. Sonra isə dolanışıq üçün Vətəndən özünüz çıxıb getmisiniz. Sizi heç kəs qovmayıb. Bu bir . İkincisi də fikir ifadə edərkən müəmmalı, ümumi sözlərlə danışmayın. Konkret olun. Açıq danışın, siz hansı düz sözü deyirdiniz ki, sizin düz sözünüzü qəbul etmədilər, sizi vətəndən çıxardılar. Görünən budur ki, siz heç vaxt düz söz danışmamısınız. Necə ki, əlinizdə səlahiyyət olduğu halda, qələmin ucunu istədiyiniz səmtə çevirmək imkanına malik olduğunuz halda Əlibala Hcızadəyə dedmişdiniz ki, “Artıq bu mümkün deyil” Düz sözü isə mərhum Əlibala Hacızadə demişdir. Və istəyirəm biləsiniz ki, mən də ziyalıyam və mən də Azərbaycan Yazıçılar Bilrliyinin üzvüyəm və bir ziyalı olaraq, Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq Anar müəllimin dediyi fikirlərlə şərikəm. O, doğru deyir. Doğrudan da Respublikamızda bu gün İlham Əliyevin alternativi yoxdur. Əgər varsa, həqiqətən varsa, adını çəkin. Bir də “həqiqəti söyləmək lazımdır!” dediyiniz fikirə istinadən deyirəm ki, həqiqət dediklərinizə yaxşı baxın, görün həqiqətdirmi? Amma istəyirəm biləsiniz ki, bizim həqiqətimiz budur ki, bu gün ölkəni idarə edəcək yeganə sağlam və real qüvvə Heydər Əliyevin yolunun davamçıları, Heydərçilərdir! O böyük siyasətçinin yolunu davam etdirən müdrik rəhbərimiz, dünya matştabında bütün zəka komponentləri ilə, bütün fenomen imkanları ilə xalqı təmsil edə biləcək İlham Əliyevdir. Və əmin olun ki, biz, düz yolun yolçuları olan sağlam düşüncəli ziyalılar yalnız və yalnız İlham Əliyevə səs verəcəyik.

Anar müəllimin arxasınca gedən bütün qüvvələrin fikri budur.
Sizin isə “həqiqətniz” bu gün ortada yoxdur. Yox olan puç haqqında danışmaq ziyalıya, yaradıcı insana uyğun olmayan keyfiyyətdir!


Sözlərimin acı həqiqətindən inciməyəcəyinizə,
düzgün dəyərləndirəcəyinizə inam və hörmətlə,
İFTİXAR

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: