Novruz bayramı Gürcüstanın Qardabani rayonunda böyük sevinclə qeyd olunub

Novruz bayramı Gürcüstanın Qardabani rayonunda böyük sevinclə qeyd olunub Novruz bayramı Gürcüstanın Qardabani rayonunda böyük sevinclə qeyd olunub Novruz bayramı Gürcüstanın Qardabani rayonunda böyük sevinclə qeyd olunubNovruz bayramı Gürcüstanın Qardabani rayonunda böyük sevinclə qeyd olunub Novruz bayramı Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Qarayazı - Qardabani rayonunda böyük sevinc və coşqu ilə qeyd olunub.

Havaların yağmurlu və soyuq keçməsinə baxmayaraq, yerli insanlar - azərbaycanlılar və gürcülər rayon mərkəzindəki meydana toplaşıb at yarışlarına, kosa və keçəlin məzəli tamaşalarına, rəqslərə baxıblar. Aşıqlar və incəsənət ustaları xalq mahnılarını ifa ediblər.

Martın 20-də rayon mədəniyyət mərkəzinin foyesində nərd, dama, şahmat və digər stolüstü oyunlar üzrə yarışlar təşkil olunub.

Rayonun ayrı-ayrı kəndlərindən gəlmiş azərbaycanlılar Novruz süfrələri açıblar.

Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sürəddin Hümbətov, Kvemo Kartli-Borçalı bölgəsinin və Qardabani rayonunun rəhbər vəzifəli şəxsləri bayram tədbirində iştirak ediblər.

Rayon rəsmiləri və qonaqlar Novruz bayramı münasibətilə sakinləri təbrik edib, Azərbaycan mətbəxinin nümunələrindən dadıblar.

Qeyd edək ki, Qardabani rayonunda 125 min nəfərə yaxın əhali yaşayır, onların da 61 mini azərbaycanlıdır. Azərbaycanlılar əsasən rayon mərkəzində və 14 kənddə yaşayırlar.

Bayram münasibətilə axşam saatlarında konsert təşkil olunub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: