ictimai xadim, ehtiyatda olan hərbi polkovnik-leytenant,
vətənpərvər, yurdsevər, zəhmətkeş və xeyirxah insan
Hacıbağır Hacı oğlu Allahverdiyev üçün yubiley ilidir.
Bu il onun anadan olmasının 70 illik Yubileyi tamam olur!..
TƏBRİK EDİRİK!..
Hacıbağır Hacı oğlu Allahverdiyev - 1947-ci il oktyabrın 1-də qədim Qarayazıda - (indiki Gürcüstan Respublikasının Qardabani rayonundakı) Soğanlıq kəndində anadan olub. Soğanlıq orta məktəbini qızıl medalla bitirib (1965), Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) mexanika fakültəsində ali təhsil alıb (1966-1971).
Əmək fəaliyyətinə Tbilisi Elektrik Qaynaq Cihazları zavodunda sürücü (1965-1966) kimi başlayıb. Sonralar Qardabani Texniki-Peşə məktəbində müəllim (1971), Gürcüstan Kənd Tikintisi Nazirliyinin avtobazasında baş mexanik (1972), qaraj rəisi (1972), qarajda istismar şö'bəsinin müdiri (1972-1973), Azərbaycan Rabitə Nazirliyinin avtobazasında istismar şö'bəsinin müdiri (1973), Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində mühəndis (1973-1976), avtobazada baş mühəndis (1976-1977), 2720 saylı Zaqatala avtomobil müəssisəsində direktor (1977-80), Gürcüstan Kənd Tikintisi Nazirliyinin avtonəqliyyat trestində İstehsalat - Texnika şö'bəsinin müdiri (1980-81), Marneuli 6 saylı avtonəqliyyat müəssisəsində direktor (1981-1985), Gürcüstan KP Marneuli şəhər Partiya Komitəsinin Sənaye və Nəqliyyat şö'bəsinin müdiri (1985-1986), Gürcüstan KP MK-da Nəqliyyat və Rabitə şö'bəsinin tə'limatçısı (1986-1987), Gürcüstan Dövlət Neft təchizatı komitəsinin sədri (1987-88), Gürcüstan KP MK-nın Nəqliyyat və Rabitə şö'bəsinin müdiri (1988), Gürcüstan Dövlət "Nefttəchizatı" konsernində baş mütəxəssis (1991) kimi məs'ul vəzifələrdə çalışıb.
O, həmçinin fəal ictimaiyyətçi kimi diqqət mərkəzində olmuşdur; 1985-1987-ci illərdə Marneuli və Tbilisi şəhər Xalq Deputatları Sovetinin deputatı, həmçinin XI çağırışda Abxaziya Muxtar Respublikasının Ali Sovetinin deputatı (1987) kimi fəaliyyət göstərmişdir.
Sovet hökumətinin süqutu ərəfəsində Gürcüstanda baş vermiş məlum hadisələr zamanı orada yaşayan soydaşlarımıza qarşı aparılan təqib və təzyiqlərdən cana doyan Hacıbağır Hacı oğlu Allahverdiyev də 1992-ci ildə digər ziyalı soydaşlarımız kimi doğma Bakı şəhərinə köçmüş və elə həmin ildən (1992) könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmətə başlamışdır.
O, 31 avqust 1992-ci ildə Azərbaycan Respublikasının müvafiq Qanununa uyğun olaraq, həqiqi hərbi xidmətə çağırılmış və müdafiə nazirliyinin mərkəzi hərbi hospitalına, tərbiyə işləri üzrə əvəllcə rəis köməkçisi sonralar isə rəis müavini təyin edilmişdir.
1993-cü ildə o hərbi hissə komandirinin müavini-texniki hissə rəisi vəzifəsinə, 1994-cü ildə isə Baş Hərbi tikinti İdarəsinin avtomobil bazasının rəisi vəzifəsinə keçirilmiş və burada 1997-ci ilədək qulluq etmişdir.
H.Allahverdiyev 1997-ci ildə həmin Baş İdarədə Quraşdırma İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 1998-ci ilin yanvarında yaşına və səhhətinə görə ordu sıralarından hərbi polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır.
H.H.Allahverdiyev daha sonra əmək fəaliyyətini "Lukoyl" Neft Şirkətində davam etdirmiş, bir müddət İdarə rəisi və Xeyriyyə fondunun rəhbəri vəzifəsində çalışmışdır (2000). O, eyni zamanda bizim tərəfimizdən hazırlanan çoxcildli "Borçalı ensiklopediyası"nın redaksiya heyətinin üzvü kimi də əlindən gələn köməkliyi heç zaman əsirgəməmiş, bir çox kitabların işıqüzü görməsində maddi və mənəvi yardım göstərmişdir...
Hazırda təqaüddə olan Hacıbağır müəllim həm də gözəl ailə başçısı və mehriban babadır...
P.S.:
Fürsətdən istifadə edərək,
biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
dəyərli eloğlumuz,
sevimli ziyalımız,
tanınmış el ağsaqqalı, ictimai xadim, ehtiyatda olan hərbi polkovnik-leytenant,
zəhmətkeş və
xeyirxah insan
Hacıbağır Hacı oğlu Allahverdiyevi
anadan olmasının
70 illik yubileyi
münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında
və ictimai fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!..
biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
dəyərli eloğlumuz,
sevimli ziyalımız,
tanınmış el ağsaqqalı, ictimai xadim, ehtiyatda olan hərbi polkovnik-leytenant,
zəhmətkeş və
xeyirxah insan
Hacıbağır Hacı oğlu Allahverdiyevi
anadan olmasının
70 illik yubileyi
münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında
və ictimai fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!..
Hörmətlə,
Müşfiq BORÇALI,
Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin və
"Borçalı" nəşriyyatının rəhbəri,
"Borçalı" İctimai Birliyinin sədr müavini,
"Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru.
ZiM.Az
Müşfiq BORÇALI,
Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin və
"Borçalı" nəşriyyatının rəhbəri,
"Borçalı" İctimai Birliyinin sədr müavini,
"Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru.
ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.