Belə uzun səfər olmaz,
Qəm karvanım niyə dönmür? !
Ürəkdə yaram sağalmaz,
Qəm karvanım niyə dönmür? !
Nəs gəlir hər ayım, ilim,
Bəxt ulduzum sönür mənim.
Söylə, sarvan, söylə, bilim,
Qəm karvanım niyə dönmür? !
Demədimmi sənə, dostum,
Talanıbdır yuvam, yurdum.
Ürəyimdə saray qurdum,
Qəm karvanım niyə dönmür? !
Əsirlikdə olanım çox,
Gözü yolda qalanım çox,
Məni sevən cananım çox,
Qəm karvanım niyə dönmür? !
Əzrayıl məni səsləyir,
Ölüm mənə qılınc çəkir,
Yunisəm, səbrim tükənir,
Qəm karvanım niyə dönmür? !
GEDİRƏM SON DURACAĞA
Ömür qatar, mən sərnişin,
Gedirəm son duracağa.
Sonu çatır bu gərdişin,
Gedirəm son duracağa.
Yolumda qəm, qüssə, kədər,
Üzümə gülmədi qədər.
Dözüb içimdə bir qədər,
Gedirəm son duracağa.
Qəlb sevgiyə hey baş əydi,
Həsrətsə ayrılıq dedi,
Sevgi oxum daşa dəydi,
Gedirəm son duracağa.
Zaman keçir, ömür yarı,
Neynirəm dövləti, varı,
Yunisəm, Allaha sarı,
Gedirəm son duracağa.
UZUNDUR BU GECƏ YOXLUĞUN KİMİ
Daha yorulmuşam, tükənib səbrim,
Uzundur bu gecə yoxluğun kimi.
Yolunu gözləyir yorğun gözlərim,
Uzundur bu gecə yoxluğun kimi.
Deyirəm gələsən, bəlkə, bu gecə,
Bəlkələr ən dəhşət, ölümə tay zülm.
Sən və mən -bu gecə keçə beləcə,
Ruhumu yerindən oynadıb, gülüm.
Bu gecə seyirci ola ulduzlar,
İki qəlb, iki can qovuşur necə?
Bu gecə vüsala həsrət uduzar,
Baxanda eşq odu alışır necə?
Əfsus...Bu dediyim şirin bir arzu,
Səninsə gəlməyin dönübdür daşa.
Qəlbimin içində küt ağrı, sızı,
Bir də bu dörd divar mənlə baş -başa.
Eh!..Sən rahat ol, qoy bu Yunis ölsün,
Üç dəfə deyirəm şəhadətimi.
Çağır əzrayılı, canımı alsın,
Uzundur bu gecə yoxluğun kimi.
ÖLÜM UCUZLAŞIB YAMAN
Dünyanın qanunu sərtdi,
Əlli, altmış, ömür bitdi,
Döndü xatirəyə, getdi,
Ölüm ucuzlaşıb yaman.
Ömür əzrayıla küskün,
Dün yaşayan yoxdu bu gün,
Əbədi torpağa sürgün,
Ölüm ucuzlaşıb yaman.
Dərd-sər qəlbi döyə-döyə,
Taleh-qismət deyə-deyə,
Axı, neyçün, axı, niyə?
Ölüm ucuzlaşıb yaman.
Haqsız olan deyir haqqam,
Haqlı olan gedir nakam.
Şeytan alır hey intiqam,
Ölüm ucuzlaşıb yaman.
Ölüm gözlə qaş arası,
Çoxalıb məzar sırası.
İlahi, yoxmu çarası?
Ölüm ucuzlaşıb yaman.
Ölüm biçir, həyat əkir,
Vaxt yetişir, zülmət çökür.
Yunisin beynində fikir,
Ölüm ucuzlaşıb yaman.
* * *
Tarixə boylanaq, keçmişə baxaq,
Əzəldən qənimdir bizə erməni.
Bir yumruq sayağı birləşsin bu Xalq,
Qovaq üstümüzdən bu qara çəni.
Ayağa qalxsın qoy Millət özü,
Versin qərarını, desin son sözü,
Qalmasın torpaqda dığanın izi,
Gülsün anaların qoy nəmli gözü.
Qayıtsın torpaqlar, bəsdir, nəhayət,
Şəhidim uyusun torpaqda rahat.
Qaçqınlıq adını silək əbədi,
Ucaldaq qəlblərdə İlham məbədi.
Mehriban gülüşlər saçılsın gün tək,
Sevinsin, şadlansın ağalayan ürək.
Baxmasın həsrətlə gözlər yollara,
Çəkməsin qoy tanrım bir daha dara.
ÖZÜM DƏ BİLMİRƏM İNDİ MƏN KİMƏM?
Məni məndən alıb apardı hicran,
Özüm də bilmirəm indi mən kiməm?
Yaralı qəlbimi qopardı hicran,
Özüm də bilmirəm indi mən kiməm?
Getdin, yaşamağa qalmadı həvəs,
Sənsiz yaşamağım olubdur əbəs,
Gəzirəm sərsəri, məcnuna əvəz,
Özüm də bilmirəm indi mən kiməm?
Qara saçlarımda dən gəzirəm mən,
Hicrana, həsrətə tən gəzirəm mən,
İnan özümdən də gen gəzirəm mən,
Özüm də bilmirəm indi mən kiməm?
Sənsiz olduğumu qanıram indi,
Ayrılıq önündə sınıram indi,
Yunis olduğumu danıram indi,
Özüm də bilmirəm indi mən kiməm?
* * *
Yenə də dalmısan fikirə, xəyala,
Yenə o baxışlar süzülüb gedir.
Öldürəcəksən məni sən az qala,
Bu kövrək ürəyim əzilib gedir.
Qəlbim ayrılığa hələki dözür,
Gecə-gündüz həsrətinlə hey gəzir,
Səbrim yolunu gözləməkdən bezir
Əllərim əlindən üzülüb gedir.
ŞƏHƏRƏ QARANLIQ DÜŞÜR
Günəş gündüzlə küsüşür,
Ulduzlar ayla görüşür.
Bax beləcə, bax beləcə,
Şəhərə qaranlıq düşür.
Eh!..Hamı yaman tələsir,
Evinə güman tələsir,
Dayanmır, zaman tələsir,
Şəhərə qaranlıq düşür.
Yüz cür əlvan, rəng- rəng işıq,
Sanki axşama yaraşıq.
Gəzintidə məşuq, aşiq,
Şəhərə qaranlıq düşür.
Hər gündüzün var axşamı,
Yunis, gəl yandıraq şamı.
Bu günün bitir yaşamı,
Şəhərə qaranlıq düşür.
ANADOLU TÜRKCƏSİNDƏ ŞEİRLƏR
ÖYLE BİR GEÇER ZAMAN Kİ...
Öyle bir geçer zaman ki,
Aşk söner, mutluluk biter,
Senin olan her şey bir an
Önünden kayb olub gider.
Tutamazsın, gücün yitmez,
Mecnun olsan, fayda etməz,
Sönen alev bir de tütmez,
Ömür biter, hasret bitmez.
Hasret kalbe öyle kıyar,
Kalbinde izini koyar,
Sevdiyin kesi ayırar,
Şaşarsın, hayatın kayar.
Of!..Puç olar tüm hayeller,
Derdle kalbini dağlarsın.
Sırmalanar gözden seller,
Gece-gündüz sen ağlarsın.
AY ZALİM
Ben hale şu aşkım için çırpınan,
Şu kalbimin sahibiyim, sevgilim.
İnan bana, hiç bir vakit, hiç zaman,
Ayıramaz bizi şu kara ölüm.
* * *
Kara sevdam-içimdeki şu dahşet,
Çaresi yok, sağalmayan bir illet.
Gündüzüm de gece gibi bir zillet,
Karanlıkds geçir benim kaç yılım.
* * *
Söylersin ki, ayrılmışık biz tamam,
Amma seni ben yene de unutmam.
Şu Yunisin kalbi almamışdır kam,
Merhamet et, sen bana dön, ay zalim.
BEN, SEN, O...
(Hayat Şeminin şiirlerinden etkilenerek)
Ben, Sen, O,
Aşk, duyqu,
Sevişmek,
Seadet,
Kalleşlik,
İhanet,
Sensizlik,
Ve hasret.
Ben, Sen, O,
Aşk, duyqu,
Bir kaç söz,
Barut, köz,
Alışak,
Yanaq biz.
Ben, Sen, O,
Aşk, duyqu,
Kaç mevsim,
Kaç bahar,
Sensizim,
Kalb kayar.
Gider aşk,
Son hata,
Biter aşk,
Son nokta,
Aşk, duyqu,
Ben, Sen, O...
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.