Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb

Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşübGürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb Gürcüstan parlamentinin mojaritar deputatı Savalan Mirzəyev Azərbaycandilli məktəblərin müəllim kollektivi ilə görüşüb
“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşəbbüs və təşkilatçılığı ilə Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları qədim Qarayazı (indiki Qardabani) rayonunda fəaliyyət göstərən 10-dan artıq Azərbaycandilli məktəbin müəllim kollektivi ilə Gürcüstan Parlamentinə Qardabanidən seçilmiş mojaritar deputat
Savalan Mirzəyevin
görüşü keçirilib.

Gürcüstandan jurnalist
Nadir Almazoğlu ZiM.Az
-ya xəbər verib ki, tədbiri giriş sözü ilə təşkilatın sədri
Səadət Zeynalqızı
açıb. Sonra digər müəllimlər çıxış edərək azərbaycandilli məktəblərdə mövcud olan problemlər barədə parlament deputatına məlumat veriblər. Qeyd edək ki, son illərdə Gürcüstanda azərbaycandilli məktəblərdə Azərbaycan dili və ədəbiyyatı saatlarının getdikcə azaldılması, eləcə də artıq Azərbaycan dili və Ədəbiyyatı fənnindən imtahan götürülməməsi ən prioritet problem kimi deputatın diqqətinə çatdırılıb. Sonra digər problemlər Gürcüstanda Azərbaycandilli məktəblər üçün nəşr edilmiş kitabların yararsız, qeyri ixtisasçılar tərəfindən tərcümə edilməsi, Azərbaycan dili və ədəbiyyatı üzrə müəllim kadrlarının çatışmamazlığı və bu kimi digər məsələlər görüşdə müəllimlər tərəfindən parlament deputatı qarşısında qaldırılıb. Görüş zamanı o da diqqətə çatdırılıb ki, bir çox azərbaycandilli məktəblərdə musiqi dərslərini əslən gürcü olan müəllimlər tədris etməyə başlayıb. Bu da Azərbaycanlılara məxsus milli musiqinin gənclərə aşılanmasında problemlər yaradır. Deputatla görüş zamanı azərbaycandilli məktəblərdə, musiqi dərslərini azərbaycanlı müəllimlərin tədris etməsinin zəruri olduğu deyilib. Onu da qeyd edək ki, soydaşlarımızın təhsil aldıqları bir çox məktəblərin təmirə ehitiyacı olduğu, məktəblərin yaxınlığında xüsusi yol nişanlarının qoyulmaması, Candar kənd məktəbinin idman meydançası olmaması kimi problemlər qaldırılıb. Görüşdə iştirak edən Azərbaycandilli məktəblərin direktorları da belə görüşlərin keçirilməsinin vacib olduğunu və görüşdən məmnun qaldıqlarını deyiblər.

Onu da qeyd edək ki, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Gürcüstan Elm və Təhsil nazirliyi tərəfindən keçirilən atestasiya imtahanına dəvət edilmirlər. Ancaq rus dili, riyaziyyat, biyologiya və s. digər bütün fənnlərin müəllimləri atestasiya imtahanından keçərək Baş müəllim statusu alırlar. Bu da onların maaşlarına müsbət təsir edir. Azərbaycan dili və ədəbiyyatı müəllimləri isə bu uğurdan kənarda qalır.

Görüşün sonunda çıxış edən Gürcüstan Parlamentinin deputatı Savalan Mirzəyev müəllimlər tərəfindən qaldırılan 30-dək problemin qaldırıldığını və bu problemlərin uzun illərdən bəri yığılıb qaldığını bildirib. O, yaxın günlərdə bu məsələlərin əlaqədar qurumlara çatdıracağını və problemlərin müsbət həllinə nail olacağına söz verib.

Müşfiq BORÇALI,
ZiM.AZ


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: