GAMİ-nin İDARƏ HEYƏTİNİN ÜZVÜ

GAMİ-nin İDARƏ HEYƏTİNİN ÜZVÜ Nəsib Lətif oğlu Nəsibov - 1959-cu ildə qədim Qarayazıda, indiki Gürcüstanın Qardabani rayonunun Kəpənəkçi kəndində anadan olub. 1966-1976-cı illərdə Qardabani şəhər məktəbində təhsil alıb. Orta məktəbi bitirən Nəsib Lətifoğlu 1979-cu ildə Azərbaycana gedərək, orada Bakı Dövlət Pedaqoji institutunun hüquq və tarix fakultəsinə qəbul olub. Ali təhsil alan Nəsib Nəsibov 1984-cü ildə doğulduğu Qardabani şəhərinə qayıdaraq, elə həmin ildən də əmək fəaliyyətinə başlayıb. O, 35 ilə yaxındır ki, Aşağı Kəpənəkçi ictimai məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olaraq, tarix fənnini tədris edir.

Nəsib Lətif oğlu Nəsibov “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın idarə heyətinin üzvü və ittifaqda təşkilati məsələlər üzrə şöbə rəhbəridir.

Biz də Nəsib müəllimə yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: