LAYİQLİ OLANLARA SƏS VERƏK!

LAYİQLİ OLANLARA SƏS VERƏK! Mənə ümid kimi bax-doğruldum gümanını...
... Mənə inam kimi bax-sinə gərim çətinə...

Zəlimxan Yaqub.


“Ümid edirəm ki, gənclər də bu seçkilərə
çox fəal qoşulacaqlar. Çünki yeni simalar,
yeni ideyalar, yeni yanaşma lazımdır”.


Möhtərəm Prezidentimiz İlham Əliyevin
parlament seçkiləri ilə bağlı söylədiyi
bu fikirlərə hər bir azərbaycanlı, xüsusilə də
yaşlı nəsil daha diqqət və hörmətlə yanaşmalıdır. Uzun illərdir ki, səmərəsiz fəaliyyəti ilə könülləri bulandıran, işıqsız siması ilə gözləri yoran və “deputat ştatı”nı tutan fərsizlərdən qaçmalıyıq. Sevgili Vətənimizin gələcəyi naminə bir daha yaxşı-yaxşı ölçüb biçməliyik.
Düzgün qərar isə budur: gənclərə-gələcəyimizə inamla baxmağı bacarmalıyıq.
Milli Məclisin deputatlığına namizədliyi irəli sürülmüş bütün layiqli, istedadlı gənclərimizə yetərli dəstək olmağı bacarmalıyıq.
Bizim Sizlərə əminliklə təqdim etdiyimiz
belə gənclərdən biri də
ELVIN ELŞAD oğlu HƏSƏNOVDUR.

Elvin Elşad oğlu Həsənov
2005-2009-cu illərdə Mcneese Dövlət Universitetini (ABŞ, Luizina ştatı) Politologiya ixtisası üzrə (bakalavr), daha sonra 2009-2012-ci illərdə Cənubi Nyu-Hempşir Universitetini (ABŞ, Nyu-Hempşir ştatı) Təşkilati Rəhbərlik üzrə (magistratura) fərqlənmə ilə bitirmişdir. Xaricdə təhsil aldığı ilk gündən Elvin Həsənov Meyn Azərbaycan İcmasının üzvü olaraq ABŞ-da Azərbaycanın tarixinin, mədəni irsinin dünya səviyyəsində tanıdılması və yayılması istiqamətində çoxsaylı: Azərbaycan Günlərinin, Xocalı Soyqırımı, Şuşanın işğalı və 28 May Respublika Gününün keçirilməsi ilə bağlı bir sıra tədbirlərin təşkilatçısı olub. Qazandığı ictimai-fəal mövqeyə görə Elvin Həsənov Dünya Azərbaycanlılarının III Qurultayına nümayəndə seçilib.

2013-cü ildə Azərbaycana qayıdan Elvin Həsənov “Baghlan Group FZCO” (Protokol üzrə mütəxəssis), “Nərgiz” nəşriyyat evində (Marketinq meneceri), Sahibkarlıq Konfederasiyası-“ASK Business Consulting” (direktor), ADA Universitetində (İşəgötürənlərlə Əlaqələr üzrə curator) məsul vəzifələr tutur, hal-hazırda isə PAŞA Bank ASC-Korporativ Kommunikasayalar departamentinin baş mütəxəssisidir.

Biz seçimimizi düzgün etmişik, sadəcə seçim günü bunu öz səsimizlə təsdiq edəcəyik.
Elvin, biz sənə inanırıq, sənə uğurlar olsun!


Vidadi ORUCOV,
professor

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: