Cöğrafiası: - Gürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir.
Yüksəklik : 346[1] metr.
Koordinatlar: 41°35′40″N, 44°59′21″E
İnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir.
2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb.
2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi.
Əhalisi:
1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı.[2]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.[3][4]
Kənddə 1 azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır.
Tarixi: - Yaranma tarixi qeyri-müəyyəndir. Yaxılığındakı kənd qəbirstanlığında olan qəbir daşlarının yaşı min illərlə ölçülür.
Mənbələr:
1. Fallingrain Global Gazetteer: Aght'ak'la, Georgia Page
2.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 142
3. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები
4. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia. ECMI Working Paper #23. February, 2005
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.