anası dünyasını dəyişib
Dəyərli ziyalimiz, böyük alim, tanınmış riyaziyyatçı, şair, yazıçı, publisist, tərcüməçi, sahibkar, elm, mədəniyyət və təhsil tarixi üzrə görkəmli mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi, təcrübəli təhsil və elm təşkilatçısı - Azərbaycanda fəaliyyət göstərən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, həmçinin Gürcüstanda yeni fəaliyyətə başlayan Şərq-Qərb Tədris Universitetinin həmtəsisçisi, Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü, akademik, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet Abdulla oğlu İsaxanlının anası Pərixanım haqqın dərgahına qovuşub.
Mərhum bu gün - 2023-cü il noyabrın 9-da Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunun Nəzərli kənd qəbiristanlığında dəfn edilib.
Bütün redaksiya heyətimiz adından,
akademik Hamlet İsaxanlıya
anası PƏRİ XANIMın vəfatından
kədərləndiyimizi bildirir,
mərhumun ailəsinə, övladlarına,
doğmalarına və bütün yaxınlarına
dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun.
Müşfiq BORÇALI,
“Ziya” qəzetinin və
“ZiM.Az” İnformasiya Mərkəzinin
baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru;
Musa NƏBİOĞLU,
Azərbaycan Aşıqlar Birliyinin katibi,
Əməkdar mədəniyyət işçisi;
Elşad HƏSƏNOV,
keçmiş Milli Təhlükəsizlik Nazirliyinin
istefada olan polkovniki,
politoloq;
Hüseyn YUSUBOV,
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri,
"ZiM.Az-ın Redaksiya Heyətinin üzvü;
Bədirxan ƏHMƏDLİ,
AMEA N.Gəncəvi adına
Ədəbiyyat İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru,
professor;
Vahid ÖMƏRLİ,
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru;
Aygül İSAYEVA,
“SOCAR Energy Georgia” şirkətinin əməkdaşı,
iqtisad üzrə fəlsəfə doktoru
ZiM.Az
SUSMA, DANIŞ, AY ANA!
Səssizliyin nə dərindir, ay ana,
Səssizliyin inildəyir içimdə.
Bu ölçüdə, bu biçimdə
Səssizliyə dözmək olmur, ay ana.
Eşitməsəm səsini,
Duymasam nəfəsini,
Gen dünyada
Rahat‐rahat gəzmək olmur, ay ana.
Səssizliyin səsi‐
O deyilmi
Səsin ən yüksək mərtəbəsi?
Gözlərim qaralır;
Danış, ay ana, dillən,
Səbrim daralır.
Səsinin qanadları
Alsın məni qoynuna,
Sarılım boynuna,
Eşidim həzin səsini,
Duyum doğma nəfəsini, ay ana!
Hamlet Isaxanli
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.