Sevda ŞAHVERDİYEVA: Gələrsən könlümdə sənə yer verim...

Sevda ŞAHVERDİYEVA: Gələrsən könlümdə sənə yer verim... Çəkmə

Barı bu rəsmində gözlerim gülsün.
Rəsssam, çək şəklimi, kədəri çəkmə.
Çəkərkən, sevinci, sevgini düşün,
Göz yaşımı unut, dərdləri çəkmə.

Xoşbəxtdir-düşünsün dostlar sevinsin,
Düşmənlər kədərdən libas geyinsin,
Bu qiz lap uşaqdır nənəm deyinsin,
Mənə baxıb, ağlar, anamı çəkmə.

Nə olur, ağlayan gözümü görmə,
Ahu -zar eyləyib dərdimə dözmə,
Kederi, hicranı tabloya tökmə,
Belese bir daha resmimi çəkmə.

Ressam, men gedirəm, unut sən məni
Hələ də ağrıyır yaranın yeri,
Gedirəm bir daha dönmərəm geri,
Gördüyun o tenha qebrimi çekmə.


Yolçu

Ey yolçu, yolunu bizdən salma sən,
Yazmiram naməleər, tutmur əllərim.
Daha yazmiram ewqdən, məhəbbətdən,
Kül olub yanibdir sevən bu qəlbim.

Unutdum guluwu,unutdum onu,
Sevgim göz yawinda boğulub getdi.
Bax belə bitəcək sevginin sonu,
Bir sevda ümannlar icində itdi,

Ey yolcu, dərdimi kimə daniwim,
Bir divar, birdə men,birdə göz yaşı.
Ey yolcu, bəlkədə tənha alışım?
Menden qalacaqdir bir qəbir daşi.

Könlümü vermiwdim bir vəfasiza,
Nə awqdan,nə məndən xəbəri yoxmuş.
Sən bəlkə nə vaxtsa rast gəlsən ona?
Söylərsən dunyada Sevda da yoxmuş.

Ne Məcnun cöllərdə, nə Kərəm yandi,
Zuleyxa Yusife awiq olmadi.
Özunə hicrani könul dost sandi,
Hamisi yuxuymuw awiq olmadi.


Bağışla

Mənim qəlbim sənə bağli,
Neynim sənsiz yaşamıram.
Sənsiz ürək yaman dağli,
Buralarda qalammiram.

Getdiyim yol yolda deyil,
Qaldiğim ev ev de deyil,
Yaşadiğim həyat deyil,
Hara gedim, biləmmirəm.

Yabanciyam bu həyatda,
Canim qalib buralarda,
Ruhum yanir oralarda,
Biryolluq da öləmmirəm.

Sevgin məni çox incidir,
Gah qaldirir,gah endirir,
Dərdli kimi bir dərd verir,
Neynim seni sevəmmirəm.

Men gedirəm,unut məni,
Həm dərdimi həm qəmimi,
Sənə verib sevincimi,
Ayrilib da gedəmmirəm.


Qırıldım

Qırıldım, qırdılar, məni qırdılar,
Gülüşüm dəyişdi, Gözlər ağladı.
Ürəkdən elə bir bir yara vurdular,
Bulud nalə çəkib,yağış ağladı

Qırıldım,qırılmış qəlbim neredə?
Xəbərsiz collərdə divanə kimi.
Kədər olan yerdə,qəm olan yerdə,
Ağlayir bağri qan lalələr kimi.

Könlümü qirdilar, məni qirdilar,
Taleyin hökmünə atib getdilər
Sevgi dediyimiz evi yixdilar,
Məni kədərlərə həmdəm etdiler.

Axi mən neyləyim, könül qırılmış?
Varim- dövllətim də elə sevgiydi.
Var - dövlət dediyim sevgi yox imiş,
Sən demə həyatim bir əfsanəydi.

İndi mən gedirəm qırıq könüllə,
Sənə bu həyatda "xoşbəxt ol" - deyim.
Könlünü qırsalar, bir gün sənin də,
Gələrsən könlümdə sənə yer verim!

Sevda ŞAHVERDİYEVA.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: