“Vətən birdir – Azərbaycan”

“Vətən birdir – Azərbaycan” “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanlıların multikultural həyat tərzi mövzusunda qısametrajlı filmin hazırlanması” layihəsinə yekun vurub.

Layihə çərçivəsində “Vətən birdir – Azərbaycan” adlı film hazırlanıb. Film Azərbaycanda yaşayan milli azlıqların həyat tərzindən, adət ənənələrindən, məşğulluq sahələrindən bəhs edir. Dağ yəhudiləri, malakanlar, avarlar, talışlar və ləzgilərin Azərbaycanda yerləşməsi, yerli əhali ilə qaynayıb qarışaraq qardaşlıq şəraitində yaşamalarını əks etdirən sujet xətti filmin maraqlı alınmasına zəmin yaradıb.

Təşkilatın sərdi Rəşad Cəfərov bildirib ki, həyata keçirilən layihənin məqsədini gənclərin vətənpərvər ruhda, milli məfkurəmizin qoruyucusu ruhunda tərbiyəsinə çalışmaq, milli dəyərlərimizi qorumağa çağırış, ölkə rəhbərinin elan etdiyi “Multikulturalizm ili”nə töhfə verməyə nail olmaq, multikulturalizm ənənələri ilə bağlı maarifləndirmə işi aparmaq, Azərbaycanın multikulturalizm istiqamətində böyük təcrübəsini bölüşmək, multikulturalizm nümunələrini təbliği kimi məsəllələr təşkil edib. Milli məfkurəni, tarixə söykənən milli dəyərlərimizi qorumaq hər kəsin vətənpərvərlik borcudur. Ölkəmizi dünyada digər xalqlardan seçdirən ən önəmli dəyərlərindən biri də Multikulturalizm ənənələrimizdir. Cəmiyyətin sürətlə dəyişdiyi bu zamanda bəzi dəyərlər də aşılanmaya məruz qalır.
Ölkə rəhbəri tərəfindən bu ilin “Multikulturalizm ili” elan olunması da mövzunun cəmiyyətimiz, dövlətimiz üçün prioritet olduğunu göstərir.
“Vətən birdir - Azərbaycan” adlı sənədli filmin hazırlanması isə dövlət siyasətinə bir töhfə olaraq cəmiyyətimizə və digər millətlərə ənənələrimizi tanıtım məqsədi daşıyır.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: