GHK tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirib

GHK  tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirib GHK  tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirib GHK  tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirib Gənc Heydərçilər Klubunun başlatdığı «Azərbaycan Yazıçıları ilə tələbə gənclərin görüşü» layihəsi altında Azərbaycan Dövlət Dəniz Akademiyasının dəstəyi ilə əhatəsini genişləndirilən layihyə baş tutub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib.

Gənc Heydərçilər Klubunun Vitse Prezidenti Aygün Ələkbərova tanınmış yazıçını salamlayaraq dəvəti qəbul edib GHK olaraq ADDA – nin tələbələri ilə görüşə gəldiyi üçün yazıçıya təşəkkürünü bildirib. Daha Sonra Aygün Ələkbərova bildirib ki, "Gənc Heydərçilər Klubu” 2015-ci il iyun 2-dən Nicat Müslümovun dəstəyi ilə yaradılmış təşəbbüskar kulubdur.
GHK Vitse Prezidenti Aygün Ələkbərova onu da vurğulayıb ki, GHK səhifəni izləyənlərin sayı 10.000 mindən artıqdır və səhifənin izləyicisi olan üzvlərinin sayı gündən-günə artır. Başlıca məqsəd gənc bacarıqlı gəncləri bir araya gətirməkdir: “Məqsədimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi sevənləri Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasına sıx birləşdirməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas dəstəkverici qüvvəsi, təbliğatçısı və təşviqatçısıdırlar. Hesab edirəm ki, bundan başqa cür də ola bilməz. Çünki gənclərimiz bu siyasətin onların həyatında müsbət dəyişikliklərə səbəb olduğunu açıq görürlər. Ümid edir və buna qətiyyətlə inanırıq ki, bundan sonra da Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara, nailiyyətlərə imza atacaq”.
Daha Sonra Prorektor qeyd edib ki, yazıçı ilə görüş tələbələrin Elxan Elatlı yaradıcılığına olan marağından yaranan bir ideya olub. Öz növbəsində Elxan Elatlı da tələbələrlə, gənclərlə görüşdən məmnunluq hissi duyduğunu bildirərək onu sevənlərlə yaradıcılığı haqqında səmimi söhbətə başlayaraq deyib "Gənc Heydərçilər klubu" ilə tanışlığım çox fərəhləndirici oldu.Bu təşkilat gənclərimizin Vətənə və Dövlətə sədaqət ruhunda yetişməsində müstəsna rol oynayır.

Aysun İsmayıl


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: