Sərgidə 32 uşağın 80 əl işi nümayiş etdirilir. Kompyüter və rəssamlıq dərsləri də maraqla keçrildi. Təlimkləri başa vuran uşaqlara sertifitikat təqdim edildi.
Təlimlər təcrübəli müəllimlər tərəfindən tədris edildi. Nəzakət Əliyeva, Ruhəngiz Əliyeva, Rahim Rzayev, Xəyalə Məmmədova uşaqlarla maraqlı iş qura bilmişdilər. Layihə rəhbəri Azadə Məmmədova 4 aylıq layihənin müvəfəqiyyətlə başa çatdırmaqda çalışan təlimçiləri fəxri fərmanla təqdim etdi.
Cixiş edənlər arasında Milli qəhrəman Fazil Mustafayevin anası Şövkət xanım birliyin kecirdiyi təlimlərdən ürək dolusu danışdı, nəvəs Şövkətin hazırladığı əl işlərdən məmun qaldığını bildirdi. Valıdeyinlər layihə müddətində övladlarının öyrəndiyi işlərdən həvəslə danışdılar.
Uşaqlar həm əl işləri ilə həmdə milli rəkləri ilə gələn qonaqları heyran etdilər .
Sərgini keçirilməsində başlıca məqsəd çox zaman cəmiyyətdən təcrid olunmaq, asudə vaxtlarının səmərəli keçirmək, öz bilik və bacarıqlarını nümayiş etdirmək kimi problemlərlə üzləşən əlilliyi olan fiziki məhdudiyyətli şəxslərin rıfah halını yaxşılaşdırmaq , onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Onların əksəriyyəti fiziki məhdudiyyətlərinə görə bir sıra tədbirlərdən kənar qalır, cəmiyyətə yararlı ola biləcəklərinə şübhə ilə yanaşırlar. "Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyi də məhz bu məsələlərin həlli yolunda onlara yardım göstərir.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.