“Vətən birdir – Azərbaycan”

“Vətən birdir – Azərbaycan” “Vətən birdir – Azərbaycan” “Vətən birdir – Azərbaycan” “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi tərəfindən hazırlanan “Vətən birdir – Azərbaycan” sənədli filmini təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
nın maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanlıların multikultural həyat tərzi mövzusunda qısametrajlı filmin hazırlanması” layihəsi çərçivəsində hazırlanan filmin çəkilişinə və təşkilati işlərə AzTU tələbələri də cəlb olunub. Tələbələr ölkədə yaşayan milli azlıqların yaşam tərzi, adət-ənənələri ilə bağlı geniş məlumat toplayıblar.

Film Azərbaycanda yaşayan milli azlıqların həyat tərzindən, adət ənənələrindən, məşğulluq sahələrindən bəhs edir.
Dağ yəhudiləri, malakanlar, avarlar, talışlar və ləzgilərin Azərbaycanda yerləşməsi, yerli əhali ilə qaynayıb qarışaraq qardaşlıq şəraitində yaşamalarını əks etdirən sujet xətti filmin maraqlı alınmasına zəmin yaradıb.

Təşkilatın sərdi Rəşad Cəfərov tədbirdə bildirib ki, həyata keçirilən layihənin məqsədini gənclərin vətənpərvər ruhda, milli məfkurəmizin qoruyucusu ruhunda tərbiyəsinə çalışmaq, milli dəyərlərimizi qorumağa çağırış, ölkə rəhbərinin elan etdiyi “Multikulturalizm ili”nə töhfə verməyə nail olmaq və sair təşkil edib.
Rəşad Cəfərov qeyd edib ki, ölkə rəhbəri tərəfindən bu ilin “Multikulturalizm ili” elan olunması da mövzunun cəmiyyətimiz, dövlətimiz üçün prioritet olduğunu göstərir. “Vətən birdir - Azərbaycan” adlı sənədli filmin hazırlanması isə dövlət siyasətinə bir töhfə olaraq cəmiyyətimizə və digər millətlərə ənənələrimizi tanıtım məqsədi daşıyır.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: