Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi iki kitabının təqdimatı keçirildi

Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi iki kitabının təqdimatı keçirildiGənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi iki kitabının təqdimatı keçirildi Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi iki kitabının təqdimatı keçirildi Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi iki kitabının təqdimatı keçirildi Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi iki kitabının təqdimatı keçirildi Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi iki kitabının təqdimatı keçirildi Bildiyimiz kimi 12 dekabr Azərbaycanın sabiq Prezidenti, xalqımızın böyük oğlu Heydər Əliyevin xatirə günüdür. Heydər Əliyevin xatirə günü respublikamızın müxtəlif yerlərində qeyd edilir. Heydər Əliyevin xatirəsinə hər bir qələm adamı, elmlə məşğul olan insan öz töhfəsini verməyə çalışır.

12 dekabrda Beynəlxalq Mətbuat Mərkəzində Qafqaz-Media İctimai Birliyinin təşkilatçılığı ilə gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazı, şəxsiyyəti ilə bağlı olan iki kitabının təqdimat mərasimi keçirilib.
Müəllif "Anarın Ümummilli Liderlə "unudulmaz görüşlər”i 2015-ci, "Elçin publisistikasında "Tənha adam”- ulu öndər obrazı” kitablarını elm ictimaiyyətinə təqdim edib.

Qeyd edək ki, Leyla Fərhad qızı Məmmədəliyeva müasir Azərbaycan ədəbiyyatşünaslıq elminin son illər qazandığı gənc tədqiqatşılardan biridir. O, Azərbaycan Universitetinin "Azərbaycan ədəbiyyatı” kafedrasının doktarantı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. L.Məmmədəliyeva müstəqillik dövrü milli ədəbiyyatımız və publisistikamızla bağlı apardığı tədqiqat işləri olduqca maraqlıdır.

Təqdimat mərasimini Qafqaz-Media İctimai Birliyinin sədri Azadə Taleh Abbasqızı açaraq Leyla xanımla tanışlığından, onun ilk qələm təcrübəsi olan yazılardan danışıb. O, qeyd edib ki, gənc tədqiqatçını lap gənclik dövrlərindən tanıyır və onun qələmindən çıxan yazıları təqdir edir.

Birlik rəhbəri onu da vurğulayıb ki, “Borçalı” qəzetində hələ neçə il öncə L.Məmmədəliyevanın ilk yazılarını çap edib: ”Bir gün redaksiyamıza gənc bir qız gəldi. O, Leyla xanım idi. Leyla xanım bizə çap üçün yazı təqdim etdi. İndiyə qədər yadımdadı, onun ilk yazısı da Heydər Əliyev obrazı ilə bağlı idi. Biz çox kiçik redaktə ilə o yazını çap etdik”.

L.Məmmədəliyevaya yaradıcılıq uğurları diləyən Azadə xanım sözü Bakı Dövlət Universitetinin kafedra müdiri, dosent Knyaz Aslana verib. Bu günün əlamətdar tarix olduğunu vurğulayan Knyaz Aslan bildirib ki, tələbəsinin kitablarının təqdimatında iştirak etməkdən qürur duyur. L.Məmmədəliyevanın Heydər Əliyev şəxsiyyətinə, Heydər Əliyev obrazına müraciət etməsini alqışladığını deyən kafedra müdiri ulu öndərlə bağlı xatirələrini danışıb.

Təqdimat mərasimində çıxış edən tənqidçi Əsəd Cahangir, tədqiqatçı jurnalist, yazıçı Natəvan Dəmirçioğlu, xalq artisti Valeh Kərimov və digəriləri müəllifin ərsəyə gətirdiyi tədqiqat əsərləri haqqında danışıblar...

Təqdimat mərasimində çıxış edən Leyla Məmmədəliyeva qonaqlara və bu işdə ona dəstək olanlara təşəkkürünü bildirib.

Mərasimdən sonra tədbir iştirakçıları Heydər Əliyevin I Fəxri Xiyabandakı məzarını ziyarət ediblər...

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: