Mahirə Əsədova kimi xeyirxah ziyalıları tanımalı və ümumxalq məhəbbəti göstərməliyik!

Mahirə Əsədova kimi xeyirxah ziyalıları tanımalı və ümumxalq məhəbbəti göstərməliyik! Azərbaycan Respublikası "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova xeyirxah insandır.
Uzun müddət "Azərbaycan qadını" layihəsinin rəhbəri kimi fəaliyyət göstərən Mahirə xanım "Zərifliyin keşiyində-Böyük dayaq!", "Torpaq, uğrunda ölən varsa, Vətəndir!","Mən, Azərbaycanlıyam!", "Mən Azərbaycanam!" sənədli filmlərinin çəkilişini maliyyələşdirmişdir.
Bundan başqa, imkansız ailələrin azyaşlı oğul övladları üçün sünnət mərasimləri təşkil etmiş M.Əsədova, 2015-ci il iyunun 15-də Ağdam rayonunun Əhmədağalı kəndində şəhid Şəmsəddin İsgəndərov adına Subartezian quyu və bulaq, 2016-cı il oktyabrın 8-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev adına Subartezian quyu və bulaq inşa etdirmişdir.
"Yeni Yurd" Sosial İnkişaf və "Xocalı Soyqırımını Tanıtma"ictimai birliklərinin birgə təşkilatçılığı ilə son il yarım ərzində Azərbaycanın ərazi bütövlüyünü qoruyan 17 hərbi hissə və taborda milli vətənpərvərlik ruhunda tədbir keçirilmişdir.
Mahirə xanım müqəddəs Həcc ziyarətində olub. İmanlı bir insandır. M.Əsədovanın maliyyə dəstəyilə "Xoş gəldin, Ramazan!" klipi hazırlanmış, internetdə yerləşdirildikdən az sonra 1 milyondan çox insanın bu klipə tamaşa etdiyi, qulaq asdığı məlum olmuşdur.
Dövlətdən maliyyə dəstəyi almadan xeyriyyə işlərilə məşğul olan, sınıq qəlbləri sevindirməyə çalışan Hacıxanım Mahirə Əsədova bizim fəxrimizdir!
1 orta ixtisas və 2 ali məktəbi bitirmiş, Azərbaycan dövlətinə sədaqətilə çoxlarından seçilən Mahirə Əsədova kimi ziyalıların mühüm vəzifələrə irəli çəkilməsi cəmiyyətin özü üçün çox vacibdir.

Şəkildə:
Mahirə Əsədova "Türkiye -Azerbaycan Dostluk Dernekleri Federasyonu" nun Başkanı, Türkiyə Böyük Millət Məclisinin sabiq Millət vəkili Aziz Qayğısıza xüsusi Diplom təqdim edərkən.


Şamil Sabiroğlu,
"Tərəqqi"medalının mükafatçısı,
müharibə veteranı



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: