TGT sədri, Gənclərin Virtual İnkişafı ve İdarəetme Mərkəzinin direktoru
Vüqar Əliyev 2 Fevral - “Gənclər Günü” münasibətilə gəncləri
təbrik edib.
GVİİM-in Mətbuat katibi
Natavan Alıqızı
ZiM.Az-a bildirib ki,
həmin təbrikdə deyilir:
"Bu danılmaz bir həqiqətdir ki, dövlətin möhkəm və sağlam təməli onun gənc nəsli ilə bağlıdır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gənc nəslin fəal düşüncələri və ideyaları cəmiyyətin inkişafını sürətləndirir. Yəni hər bir gənc sadəcə dövrünün problemləri ilə maraqlıdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir və gənc nəslin yetişdirilməsi əlbəttə ki, onun xalqı və dövlətinindən əsaslı şəkildə asılı olur. Çünki dövlətinin ona verdiyi imkanlarla gənc nəsl yetişir. Belə bir aksioma da vardır ki, hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Yəni cəmiyyətin hansı kadra ehtiyacı varsa öz gənclərini də o sahədə yetişdirir.
Doğru yönləndirilmiş gənc də əlbəttə ki, dövləti üçün xəzinədir. Məhz bu topluluqda gənclərin fəal iştirak etməsi üçün onları bu və ya digər sahələrə yönləndirmək lazımdır. Azərbaycan Respublikası da bu sahədə bir sıra ciddi addımlar atmışdır. Bu sahədə ən ciddi addımı isə Ümummilli lider Heydər Əliyev atmışdır. Heydər Əliyev öz siyasətində gənclərlə bağlı problemlərə böyük önəm vermiş, gənc nəslə böyük ümidlər bəsləmiş və hər zaman bildirmişdir ki, Azərbaycanın gələcəyi gənclərinin əlindədir.
Gənclərin maraq dairələri olduqca genişdir. Həmin genişliyin tamlığını nəzərə alsaq, o da ki, hardasa qeyri-mümkündür, bu məsələni bir amal uğrunda birləşdirməyi daha məqsədəuyğun hesab etmək olar.
Gənclərin bir məkanda bir amalda toplanılması üçün təhsil müəssələrində yaradılmış Gənclər Təşkilatlarını dövlət gənclər siyasətinin tam aparıcı qüvvələri kimi hesab etmək olar. Bu gün mən də fəal bir gənc kimi tam səmimi deyə bilərəm ki, gənclər üçün yaradılmış şərait, qurulmuş vəziyyət, yazılmış qanunlar və proqramlar yetərincə yüksək səviyyədədir. İctimai sektorda fəal olmaq və toplu bir gənc cəmiyyətin idarə olunması göründüyündən olduqca çətin, məsuliyyətli və şərəfli bir işdir.
Çətinlik - hər bir gəncin maraq dairələrini düşünmək, məsuliyyət – düşüncə dəyişikliyini nəzərə almaqdır, Şərəfli olması isə - həm öz dünya görüşünü artırmaq, həmdə gəncləri eyni amal uğrunda birləşdirərək, vətənə lazımlı bir kadr, şəxsiyyət və lider kimi hazırlamaqdadır.
Biz gənclik gələcəyi gətiririk. Xoş gələcək gənclərlə gəlir. Fərqliliyimiz isə fəaliyyətimizdədir."
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.