“I Bədii Yaradıcılıq Olimpiadası” layihəsinə start verilib

“I Bədii Yaradıcılıq Olimpiadası” layihəsinə start verilib 2017-ci il fevralın 28-də AzTU-nun Oxu zalında
“I Bədi Yaradıcılıq olimpiadası” layihəsinin təqdimat mərasimi keçirilib.


Azərbaycan Texniki
Universiteti (AzTU)
Gənclərin Virtual
İnkişafı və İdarəetmə
Mərkəzinin (GVİİM)
direktoru Vüqar Əliyev ZiM.Az
-a bildirib ki,
Esmira Nadir qızı Kazımova Azərbaycan Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində C kateqoriyası üzrə “I Bədi Yaradıcılıq olimpiadası” adlı layihə ilə qalib olub.

“I Bədii Yaradıcılıq Olimpiadası” layihəsinə start verilib Ölkəmizdə müxtəlif sahələrdə fərqli olimpiadaları və müsabiqələri əhatə edən layihələr həyata keçirilir. Bu layihələrdə ölkə gəncləri arasında hər cür istedada malik olan gənclər nəzərə çarpır. O cümlədən, bədii yaradıcılıq, bədii qiraət, şeir yazmaq, inşa yazmaq bacarığına malik olan tələbələr də çoxluq təşkil edir.
Şeir və inşa yazmaq bacarığının olması müxtəlif düşüncələrin əks olunaraq nümayiş olunması ilə maarifləndirici və ruhlandırıcı şeirlər, hekayələr ərsəyə gəlir. Azərbaycanda da bir çox dünya ölkələrində olduğu kimi bu sahəyə diqqət yetirilir və inkişafı üçün müəyyən addımlar atılır.

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “I Bədi Yaradıcılıq olimpiyadası” layihəsi istedadlı gənclərin üzə çıxarılması, yaradıcılıq qabiliyyətininn inkişaf etdirilməsinə yönəlmiş irimiqyaslı layihə kimi çıxış edir.

2017-ci il fevralın 28-də AzTU-nun Oxu zalında “I Bədi Yaradıcılıq olimpiadası” layihəsinin təqdimat mərasimi keçirilib və layihəyə start verilib.

Aytac MƏDƏDLİ,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: