GVİİM-in Mətbuat katibi Natavan Alıqızı
ZiM.Az-a bildirib ki, təqdimatda GVİİM-in direktoru Vüqar Əliyev, “Gənc Kart”ın nümayəndəsi Fəridə Quliyeva və Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının AZTU üzrə könüllü tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Vüqar Əliyev bütün tələbələri salamlayaraq, GVİİM-in fəaliyyət göstərdiyi müddətdə bir çox iri şirkətlərlə əməkdaşlıq edərək sırf tələbələrin maraqları naminə bir çox layihələrin həyata keçirildiyini vurğulayıb. O, uğurlu əməkdaşlıqların növbəti addımı olaraq, Gənc Kartın tələbələr üçün təklif etdiyi endirim kartlarının təqdimatını tələbələrə təqdim edib, onlara Gənc Kart-la daha rəngarəng gənclik yaşamaqlarını arzuladı.
Daha sonra Gənc Kartın nümayəndəsi Fəridə Quliyeva Gənc Kart haqqında məlumat verib. O çıxışında gənclərə Gənc Kartın əsas şüarının və hədəfinin “DAHA DƏYƏRLİ GƏNCLİK YAŞA!” adı altında gənclərə xidmət etməsini vurğuladı.
Bundan əlavə, “Gənc Kart” endirim kartı bank kartı və ya kredit kartı deyil, yalnız Azərbaycanda yerləşən və bizimlə əməkdaşlıq edən şirkətlər qrupu arasında endirim anlaşması əldə olunmuş vahid bir kart olduğunu qeyd etdi. Sonda gənclərin mövzu ilə əlaqəli müxtəlif tipli suallarını cavablandırıb, göstərdikləri marağa görə təşəkkür edib.
Aytac MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.