QHT "İkinci nəfəs" layihəsini icra edir

QHT "İkinci nəfəs" layihəsini icra edir “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ““İkinci nəfəs" - ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili” layihəsinin icrasına başlayır.

Bu barədə ZiM.Az-a açıqlama verən təşkilatın sədri Ruhiyyə Məmmədova bildirib ki, Binəqədi rayonunda yaşayan ahıl və tənhalar ilə işləyən təşkilatımız, ötən il bu sahədə apardığı çalışmalar və pilot layihə çərçivəsində, həmin insanlar üçün ehtiyac duyulan fəaliyyətləri müəyyən etmişdir.

Məhz həmin meyarlara əsasında hazırlanan yeni layihə çərçivəsində fəaliyyətimizi qurmuşuq.

Layihənin məqsədi Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin tətbiqi ilə həmin vətəndaşların asudə vaxtının fəal və faydalı təşkili, onlara cəmiyyət tərəfindən diqqət və qayğının artırılmasına diqqəti çəkmədən ibarətdir.

Layihə çərçivəsində ahıl və tənha vətəndaş üçün Azərbaycanın dilbər güşələrindən birinə istirahət turu, Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşlar üçün doğum günləri təşkil ediləcək. Eyni zamanda müəllifi yaşlı nəslin nümayəndəsi olan müəlliflərdən birinin kitabının təqdimatı keçiriləcək.

Layihə 3 ay müddətində icra olunacaq.

Firəngiz İBADOVA,
ZiM.Az


.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: