Ahıllara və Tənhalara Dəstək ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ““İkinci nəfəs” – ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
Layihə rəhbəri dövlət tərəfindən müxtəlif həssas qrup insanlara qayğı göstərildiyini və prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının aktiv fəaliyyətdə olduğunu bildirib.
Ahıllarla görüşədə iştirak edən “Peşəyönümlü Təhsilin İnkişafına yardım” İçtimai Birliyinin sədri, xeyriyyəçi, publisist İradə Əlili də bu görüşdən məmnun qaldığını və bu kimi sosial aksiyaların vacibliyini qeyd etmişdir. İradə Əlili ahıllar üçün hazırladığı sovqat payını da ahıllara təqdim edərək, eyni zamanda dəvət üçün təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, layihənin məqsədi Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin tətbiqi ilə həmin vətəndaşların asudə vaxtının fəal və faydalı təşkili, onlara cəmiyyət tərəfindən diqqət və qayğının artırılmasına diqqəti çəkmədən ibarətdir.
Ahıllara və Tənhalara Dəstək İB-nin sədri
Ruhiyyə Məmmədova
ZiM.Az-a bildirib ki, Layihə çərçivəsində ahıl və tənha vətəndaş üçün Azərbaycanın dilbər güşələrindən Quba rayonuna istirahət turu təşkil olunub, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Səməd Vurğun” və “Qızıl qələm” mükafatları laueratı, şair-dramaturq Zaməddin Ziyadoğlunun “Ömür növrağı” kitabının təqdimat mərasimi keçirilib.
SoNa ABBASƏLİQIZI,
Gilə ƏLİQIZI
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.