“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı

“Cabir Novruz” Məfəniyyət fondunun bəyanatı Son günlərdə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində cəbhə xəttində yaranmış acınacaqlı vəziyyət, xüsusilə də Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin qətlə yetirilməsi və yaranlanması ilə əlaqədar “Cabir Novruz” Mədəniyyət fondu bəyanat yayıb.

Bəyanatda bildirilir:

“2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini kobudcasına pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutub. Atəş zamanı Füzuli rayonunun Alxanlı kəndində təlafat və dağıntılar baş verib. Rayonun mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə iriçaplı silahlardan atəşə tutması nəticəsində Alxanlı kəndinin sakini Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva həlak olub. Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Ermənistan tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı mütəmadi törədilən ağır cinayətlər Azərbaycan Ordusunu düşmənə cavab verməyə vadar edir. Bu isə regionda sülh təşəbbüslərinə ciddi maneələr yaradır. Qoşunların təmas xəttinin yaxınlığındakı Azərbaycan kəndlərini daim atəşə tutan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları qətlə yetirməkdə davam edir.

Ermənistan təcavüzkar siyasəti ilə beynəlxalq təşkilatların sülh çağırışlarına məhəl qoymur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi bəllidir. Ancaq beynəlxalq qurumların təcavüzkarı sülhə əməl etməkədə ciddi təşəbbüs göstərməməsi tez-tez belə ağır cinayətlərin baş verməsi ilə nəticələnir.

BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsinin hələ də kağız üzərində qalır.

Həmçinin münaqişənin nizamlanması üzrə sülh danışıqlarının təşkilatçısı olan ATƏT-in Minsk qrupunun problemə ikili münasibət göstərməsi atəşkəs rejiminin daim pozulmasına şərait yaradır.

“Cabir Novruz” Məfəniyyət fondu olaraq münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonasına yaxın ərazilərdə azərbaycanlı dinc sakinləri – uşaqları, qadınları və qocaları amansızlıqla qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə qiymət verməyə çağırır.”

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: