Polis işçiləri günü təntənə qeyd edilib

Polis işçiləri günü təntənə qeyd edilibPolis işçiləri günü təntənə qeyd edilib "Xocalı Soyqırımını Tanıtma" İctimai birliyinin üzvləri Azərbaycan polisinin peşə bayramı münasibətilə Daxili Qoşunların "N" saylı hərbi hissəsində tədbir keçirib.
Tədbiri Birliyin fəalları -
Aygün Əlizadə
Mədinə Əliyeva açıb.

Birliyin sədri Şamil Sabiroğlu Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov başda olmaqla Nazirliyin bütün əməkdaşlarını təbrik edib.
Daha sonra "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı Naibə Behbudova, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Qadınlar Şurasının və Binəqədi rayon şöbəsinin sədri Ayna Allahyarqızı, Xocalı sakinləri, məlum soyqırımın şahidləri Hüseynağa Quliyev, Avtandil Əliyev, 5 qat Azərbaycan, 2 qat Avropa çempionu, Heydər Əliyev kubokunun sahibi Elməddin İsmayılov və başqaları çıxış edərək şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik ediblər.

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin nəzdində yeni yaradılmış "Azad Qarabağ Uğrunda" Könüllülər Hərəkatının və "Azərbaycanın fəal gəncləri" Qrupunun üzvləri polis əməkdaşlarının hazırladığı ədəbi-bədii kompoziya zabit, gizir və əsgərlərin marağına səbəb oldu. Mədinə Əliyeva, Kik-boksinq üzrə Respublika birinciliyinin qalibi Nurdərya Əliyev, Şamilə Ələkbərli, Aygün Əlizadə, Azər Qəhrəmanov, Cahangir Rüstəmov, Sayad Hüseynova, Rəvan Əlimədətli polis əməkdaşlarının şərəfinə böyük həvəslə hazırladıqları səhnəcik hamı tərəfindən rəğbətlə qarşılanıb.

Xocalı şəhər Musiqi Məktəbinin müəllimi Rəna Xudiyeva, Xocalı sakinləri Valeh Vəliyev, İstedadlı muğam ifaçısı Rəqsanə Əsəd, Amin Sadıqov rəngarəng konsert proqramı ilə şəxsi heyət qarşısında çıxış ediblər.

Hərbi hissənin rəhbərliyi adından qonaqlara Təşəkkürnamələr təqdim olunub.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: