“Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi davam edir

“Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi davam edir “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi davam edir “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi davam edir “Azərbaycan xalçaçıları” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2017-ci il noyabrın 8-də “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi çərçivəsində Tərtər şəhərində və Tərtər rayonunun Qapanlı, Qaradağlar, Bəyimsarov kəndlərində xalçaçılarla görüşlər keçirərək Tərtər rayonunda xalçaçılığın inkişafına dair sorğular aparıblar.

“Azərbaycan xalçaçıları” İB-dən ZiM.Az-a bildiriblər ki, İctimai Birliyin sədri, professor, sənətşünaslıq doktoru Röya xanım Tağıyevanın başçılıq etdiyi, Zahid Abbasov, Günel Əli və Rauf Umudovdan ibarət işçi qrup Tərtər rayonu İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovla, Mədəniyyət və Turizm Nazirliyi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndəsi Gündüz Mürsəlovla və bölgədə yaşayan xalçaçılarla görüşüblər.

Görüşlər zamanı işçi qrupun üzvləri Telman Məmmədovun müşayiəti ilə xalçaçıların əl işlərinə baxışlar keçirmiş, xalçaçılığın inkişafı üçün xammal ehtiyatlarını araşdırmış, xalçaçılığa marağı tədqiq etmişdir.

Hazırda Tərtər rayonunun Bəyimsarov kəndində yaşayan əslən Basarkeçər rayonunun Kəsəmən kəndindən olsa da, Gəncədə dünyaya gəlmiş Bayram Quliyev vaxtilə toxuduğu Göyçə çeşniləri haqqında danışmış və onları böyük həvəslə yenidən toxumağa hazır olduğunu bildirmişdir.

Şölə xanım Məmmədova isə anası Qumru Qoca qızı Məmmədovanın 11.01.1960-cı ildə toxuduğu “Malıbəyli”xalçasını göstərmiş və bu sənəti anasından öyrənərək, Qarabağ xalça ənənələrini davam etdirdiyini bildirmişdir.

Bölgədə müxtəlif yaşda insanlar, xüsusən uşaqlar və gənclər arasında xalçaçılığa böyük həvəsin olduğu işçi qrupun sevincinə səbəb olmuş və yeni ideyaların yaranmasına əsas vermişdir.

Layihənin yekununda “Azərbaycan xalçaçıları” İctimai Birliyi Qarabağ xalçaçılarının elektron bazasını və layihə haqqında kitabçanı geniş ictimaiyyətə təqdim edəcək, eyni zamanda layihənin davamı kimi, Cəbrayıl, Füzuli, Ağdam və Tərtər rayonlarında xalçaçılar arasında işlər davam edəcək.

“Azərbaycan xalçaçıları” İctimai Birliyi 2010-cu ildən Dövlət qeydiyyatına alınmış və fəaliyyət müddətində ölkədaxili və beynəlxalq tədbirlərdə fəal iştirakla yanaşı, onların bir çoxunun təşkilatçısı kimi də çıxış etməkdədir.

ZiM.Az

.


Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: