Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərin xatirəsi ehtiramla anılıb.
Sonra "VƏTƏN NAMİNƏ" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə xanım çıxış edərək bildirib ki, şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarına mənəvi, psixoloji və onların problemləri həlli istiqamətində dəstək olmağa çalışırıq.
Tədbirdə Biləsuvar rayonu icra nümayəndəsi, hüquqşünas Bəhruz Mehdizadə, icra nümayəndəsi Elgün Şıxalızadə, ehtiyatda olan mayor Təhmasib Əhmədov, rayon ziyalıları, şəhid ailələri, birinci və ikinci Qarabağ muharibəsinin qaziləri, müharibə veteranları, İctimai birliklər nümayəndələri, psixoloqlar və jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər hər biri öz çıxışlarında bu kimi tədbirlərin mütamadi keçrilməsi üçün öz dediklərini əsirgəmədiklərini bildiriblər.
Raziyə Kamilqızı,
“Zirve.info”-nun şöbə müdiri.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.