“Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin sədri Cəvahir Qaraqızı qeyd edib ki, Məclisimiz Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiyin dəstəyi ilə kiçik qrant müsabiqəsinin qalibi olub. 27.09.2023-cü ildə, Quba şəhərində “Qələbə ruhlu Vətənim” adlı Vətən müharibəsi və Zəfər tarixi mövzusunda yeniyetmə-gənclərin şair, qiraət və mugam müsabiqəsinin iştirakçılarının çıxışları dinlənilib.
Müsabiqəyə müraciət edən Quba rayon üzrə 30 nəfər olmaqla video çəkilişlərinin Münsiflər heyəti tərəfindən dəyərləndirilib. Quba rayonu üzrə göndərilmiş video materiallar əsasında Vətən müharibəsi və Zəfər qələbəsinə dair şeir qiraəti, şer müəllifliyi, mugam ifaçılığı üzrə, Quba, rayonundan 9 nəfər olmaqla istedadlı iştirakçılar seçildi. Quba rayonunda Vətən müharibəsi və Zəfər tariximizlə baglı geniş açılış-təqdimatı keçirilib.
9 iştirakçı arasından yarımfinal və final müsabiqəsi keçirilib. Nəticələrə əsasən Şamaxı rayondan seçilmiş 9 iştirakçı arasından hər 3 nominasiya üzrə 1 nəfər olmaqla (Vətən müharibəsinə dair şeir qiraəti, şeir müəllifliyi və mugam ifası) Quba rayon üzrə ümumilikdə 1-ci yer üzrə 1, 2-ci yer üzrə 1 və 3 yer üzrə 1 nəfər olmaqla 9 iştirakçı qalibin diplom və mükafat kuboku ilə qiymətləndirilib.
Tədbiri ilk öncə Quba Mədəniyyət Mərkəzinin Direktoru Ramiz Ramazanov öz xeyir- duaları ilə tədbirimizə şərəf verib. Sonra məclisin sədri Cəvahir Qaraqızı tədbirdə iştirak edənləri salamlayıb və tədbir haqqında tamaşaçılara məlumat verib. Qonaqlara xoşgəldin edib. Azərbaycanda ədəbiyyatımızın, mədəniyyətimizin yüksək səviyyədə inkişafından danışıb. Xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Dövlət Himni səslənib.
Sonra söz Quba İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçısi Nurullayev Əhmədə verilib. O da Məhsəti Şairlər Məclisinin layihəsini yüksək dəyərləndirib, belə vətənpərvərlik ruhunda keçirilən tədbirlərin gənclərin vətənpərvər ruhda yetişməsində böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Məhsəti ŞM layihənin keçirilməsində yaxından kömək etdiyinə görə Ehməd Nurullayevi “Heydər zirvəsi -100” Diplomu ilə təltif edilib.
Sonra söz şairlərə Səxavət Ənvəroğluna, Ayaz Səlimxanoğluna, Böyükağa Ağaya, Müşviq Qəribə, Mövlüd Ağammədə verilib. Şairlərin hər biri layihəni çox bəyəndiklərini və alqışladıqlarını deyiblər. Xüsusilə də layihəyə gənclər və yeniyetmələr cəlb edildiyinə görə alqışlayıblar. Məhsəti Şairlər Məclisinin Qazax bölməsi üzrə qadınlar şürasınım sədri Sədaqət xanım Şıxlı və Məhsəti Şairlər Məclisinin Gənclər şurasının sədri Aygün Hüseyin maraqlı çıxışları ilə tamaşaçıların rəğbətini qazanıblar.
Qiraət üzrə Quba - Xaçmaz Regional Mədəniyyət idarəsi Quba rayon MKS-nin Aşağı Xuc kənd kitabxanasının oxucusu Zalova Ülkər Rahib qızı, mərkəzi kitabxananın oxucuları - Əliyeva Nuray İntiqam qızı, Mirzəyev Əliəziz Yusif oğlu, Zabitova Zəhra Kamil qızı, Ağayev İlqar Üzeyir oğlu, Rəşidova Günel Zakir qızı, Bayramova Şərifə Babək qızı, Əhmədova Həcər Ramil qızı, Şəhanə Hüseynova, Maral Tarverdiyeva, Mirvari Baxışova çox maraqlı şeirlər söyləyiblər.
Qiraət üzrə finala çıxan gənclər diplom və kubokla mukafatlandırılıb.
1-ci yer Şəhanə Hüseynova
2-ci yer Zalova Ülkər
3-cü yer Maral Tarverdiyeva
Ümumiyyətlə, yeniyetmələrin belə istedadlı çıxışları ürəkaçandır.
Şairlərdən finala çıxan gənclər diplom və kubokla mukafatlandırılıb.
1-ci yer Ayaz Səlimxanlı
2-ci yer Müşviq Qərib
3-cü yer Bayramova Şərifə
Ustad şairlər Səxavət Ənvəroğlu, Böyükağa Ağa, Mövlüd Ağamməd "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin “Heydər Zirvəsi -100” Diplomu ilə təltif ediliblər.
Xanəndələrdən Milli Konservatoriyanın məzunu, Azərbaycanın xalq artisti, professor Arif Babayevdən dərs almış Polad Heydərov xüsusilə seçilib, tamaşaçı sevgisinə layiq görülüb. Xanəndə Elton Əkbərovun atası da xanəndədir. Xanəndə Bəxtiyar Nuriyev də xanəndə ailəsində böyüyüb.
Mugam ifaçılarından finala çıxanlar diplom və kubokla mukafatlandırılıb.
1-ci yer Polad Heydərov
2-ci yer Elton Əkbərov
3-cü yer Bəxtiyar Nuriyev
Tədbirdə iştirak edən bütün iştirakçılar gələcəkdə zəfər yönümlü, qələbə ruhlu şeirlər yazmağa, qiraət etməyə və vətənpərvər şeirləri musiqi dilində xalqa çatdırmağa motivasiya etmək üçün Diplomla təltif olunublar.
Münsiflər heyətinin üzvləri AYB-nin Quba Bölməsin sədri Ramiz Qusarçaylı, Quba Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov, musiqişünas Məmmədəli Cəfərov, Quba Mərkəızi Kitabxanasının direktoru Saməddin Nəsirovda layihəmizdə göstərdikləri dəstəyə görə Məhsəti ŞM-nin “Heydər Zirvəsi -100” Diplomu ilə təltif edildilər.
Cəvahir Qaraqızı Quba Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanova xüsusi təşəkkür edib. Onu da vurğulayıb ki, Ramiz Ramazanov bütün tədbirlərdə yüksək peşəkarlıq nümayiş etdirərək tədbirlərin ən yaxşı səviyyədə keçməsi üçün bütün tədbir boyu canfəşanlıq edib.
Sonda Cəvahir Qaraqızı Azərbaycan Respublikası Qeyri-Hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevə, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə və Agentlikdə əməyi keçən hər kəsə, eləcə də, lahihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Quba rayon İcra hakimiyyətinin başçısı İlqar Mahmudova, İctimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçi Əhməd Nurullayevə, bütün müsabiqədə iştirak edən iştirakçılara və tamaşaçılara, video operator Əli bəyə, fotoqrafa, səs operatoruna dərin təşəkkürünü bildirib.
Radə Dursun qızı,
"Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin mətbuat xidmətinin müxbiri
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.