Mənim Lənkəranım nə cənnət olub!..

Mənim Lənkəranım nə cənnət olub!..

























Qəlbimdə incə duygular telləndi,
Günlərim aylandı, aylar illəndi,
Könlüm gözəlliyi görüb diilləndi:
Mənim Lənkəranım nə cənnət olub!

Dəyişir görkəmi günü bə gündən
Güc alır Tanrının məhəbbətindən
Odlu ürəyimin hərarətindən
Mənim Lənkəranım nə cənnət olub!

Vurğun tək mən sənə qoşdum şerimi
Çəkdim zəhmətini, çəkdim qəhrini
Saldın ürəyimə sevgi sehrini
Mənim Lənkəranım nə cənnət olub!

Vurulub baxçaya, hər bağa zinət
Borcludur torpağa, sanki təbiət
İndi nəğmə qoşmağa şair gərək
Mənim Lənkəranım nə cənnət olub!

Küçələr tər - təmiz, küçələr düm - düz
Qalmayıb nə həsrət, nə qəmdən bir iz
Bir tərəf dağlardır, bir tərəf dəniz
Mənim Lənkəranım nə cənnət olub!

Meydanı bəzəyir güllər - çiçəklər
Ülvi bir ahənglə vurur ürəklər
Qanad açir min arzular - diləklər
Mənim Lənkəranım nə cənnət olub!

Əzəmətlə durub ölməz Heydərim
Hər gün ziyarətə gəlir ellərim
Sanki dil açıbdır ulu Öndərim
Deyir: - bu Lənkəran, nə cənnət olub?!

Bəzən keçmişinə nəzər salıbdır
Bir vaxt bəy - xanları zəfər çalıbdır
Güc, qüvvəni ilahidən alıbdir
Mənim Lənkəranım nə cənnət olub!

Hüseynbala*, Fikrətin** vətənidir
Miri***, Azad****, Həzilər***** yetiribdir
Hər bir kol dibində gül bitiribdir
Mənim Lənkəranım nə cənnət olub!

Düz qoşublar şəninə Xan - Lənkəran
Torpağına qurban, daşına qurban
Qəlbimdə bu sözlər hər saat, hər an
Mənim Lənkəranım nə cənnət olub!

Cənub diyarının mirvarisisən
Qızılsan, zümrüdsən, dürrsən, incisən
Bölgələr içində sən birincisən
Mənim Lənkəranım nə cənnət olub!

Yeni qayğılarla açlır sabah
İnsanlar zəhmətkeş, insalar gümrah
Sözümü bitirib deyirəm, Allah!
Mənim Lənkəranım nə cənnət olub!
Doğma Lənkəranım nə cənnət olub!

*Miillət vəkili: Hüseynbala Mirələmov
**General: Fikrət Məmmədov
***Akademiik: Miri Cavadzadə
****Akademiik: Azad Mirzəcanzadə
*****General mayor: Həzi Aslanov


Tükəzban Vəli qızı CAHANGİROVA,
Lənkəran Dövlət Universitetinin müəllimi,
fəlsəfə doktoru.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: