Adı Mübarizdir,özü mübariz!
Halal olsun onu doğan anaya.
İsmini düz seçib,çox düz,Mübariz!
Onu el üçün gətiribdir dünyaya.
Səsi gəlir Türkiyə ellərindən.
Çıxır zaman,çıxır öz məhvərindən.
Şair gərək,nəğmə qoşa dilindən
Azəri balası,bizim Mübariz!
Məkanı “Palmali”,diləyi burda,
Özü İstanbulda, ürəyi burda,
Sevir onu o taylı, bu taylı da
Azəri balası,bizim Mübariz!
Ulu “Zeynalabidin” yadigarıdır.
Vətənimin ürəyidir, canıdır.
“Xəzər-Lənkəran”ın o,sərdarıdır,
Azəri balası, bizim Mübariz!
Çiynində var vətən yükü,el dərdi
Qayğıları sonsuz, ümman qədərdi,
Unutmayaq ki,o nər oğlu,nərdi
Azəri balası, bizim Mübariz!
Xəzər dənizində üzür “Lənkəran”
Həm “Heydər”gəmisi,”İlyas”,”Natavan”
“Dahi Bülbü”,”Qarabağ”,can “Azərbaycan”
Azəri balası,bizim Mübariz!
Azəri balası,Azəri oğlu
Həm Həzi,həm Mehdi,Babək,Koroğlu.
Aslanlar içində odur,Türk oğlu
Azəri balası, bizim Mübariz!
Xeyirxah işlərdir onun amalı
Əqli,düşüncəsi, zehni,kamalı
Allah adamıdır, Allah adamı!
Azəri balası, bizim Mübariz!
Uca tutur həmişə şux qəddini,
Qırır əsirlərin polad səddini,
Verib insanlara məhəbbətini
Azəri balası,bizim Mübariz!
Lənkəranda ad-san qoydu özünə,
Güvəndi xalqına,görən gözünə.
Çox vəd verdi,əməl etdi sözünə.
Azəri balası, bizim Mübariz!
Zəhmətiylə yetdi şərəfli ada,
Heç nə itmir, yox olmayır dünyada.
Etdiyi zor işlər dildə-dodaqda
Azəri balası, bizim Mübariz!
Vətənimdə sönməz çıraq yandırdı,
Düşmənlərə öz həddini qandırdı.
O,öz mübarizliyini andırdı,
Azəri balası,bizim Mübariz!
Dedi “Azərbaycan vətənim mənim!
Orda doğulmuşam,orda ölərəm.
Bir də əqidəmdən heç vaxt dönmərəm”
Azəri balası,bizim Mübariz!
“O ulu,o böyük Allahdan başqa
Heç kəs döndərəmməz bu yoldan məni”,
Cəsarətlə bu kəlməni söylədi,
Azəri balası, bizim Mübariz!
Bir də söylədi ki, fəxr edirəm mən
Çünki ”Xan Lənkəran”bölgəsindənəm
Mübariz tək mübarizə sevənəm
Azəri balası, bizim Mübariz!
Bəli,doğma vətənindir Lənkəran
Açıb qollarını sənə deyir can
Pis gözdən saxlasın səni Yaradan
Azəri balası,bizim Mübariz!
Allahdan arzum var çatasan yüzə,
Tanrım çox görməsin qoy səni bizə.
Düz yoldasan, qardaş, gəlmə bəd gözə
Azəri balası, bizim Mübariz!
Azərbaycan oğlu, bizim Mübariz!
Tükəzban Vəli qızı Cahangirova,
Lənkəranın ilk alim qadını,professor
22 mart 2015
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.