Nümunəvi şagird və bacarıqlı idmançı

Nümunəvi şagird və bacarıqlı idmançı Bizim Qusar rayonundakı A.Şixməmmədov adına Həsənqala kənd orta məktəbində öz tərbiyəsi və nümunəvi davranışı ilə tanınan bir məktəb yoldaşımız var. O həm də bacarıqlı idmançıdır. Bu il IV-cü sinifə keçməyinə baxmayaraq, 4 nömrəli məktəbin idman müəllimi Kamran Qəribovun rəhbərliyi ilə taekvondo idman növündə gözəl uğurlar əldə etmişdir. İstərdik ki, onun haqqında oxuculara məlumat verək.

Zəkərov Elsun Elşad oğlu 2007-ci il iyunun 27–si Qusar rayon Həsənqala kəndində anadan olub.
Hal-hazırda Qusar rayon A.Şixməmmədov adına Həsənqala kənd tam orta məktəbin IV sinifində oxuyur.
Elsunun nailiyyətləri isə belədir:
2014-cu ildə Qusar rayonunda 20 Yanvar şəhidlərinə həsr olunmuş taekvondo üzrə yarışda I yeri tutub.
2014-ci il noyabrın 21-də taekvondo idman növünə həsr olunmuş, yeniyetmələr və gənclər arasında Quba rayon açıq birinciliyində III yerə layiq görülüb.
2015-cu ildə Qusar rayonunda 20 Yanvar şəhidlərinə həsr olunmuş taekvondo üzrə yarışda I yeri tutub.
2015-ci il 15 may tarixində Ümummilli lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş rayon birinciliyində I yerin qalibi olub.
2016-cı- il martın 5-i Bədən tərbiyə və idman gününə həsr olunuş taekvondo yarışında I yeri tutub.

Məktəbimizin direktoru Şöhran Hacəliyev də Elsun Zəkərovun çalışqanlığını dəyərəndirərək, onu fəxri rərmanla təltif edib.
Biz də öz növbəmizdə məktəbli yoldaşımıza yeni-yeni uğurlar arzulayırıq!...

Elman Ağabəyov
Günel Ağabəyova




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: