Vergi ödəyicilərilə görüş keçirilib

Vergi ödəyicilərilə görüş keçirilib Respublikamızın müxtəlif bölgələrində Azərbaycan Respublikası Prezidentinin “2016-cı il vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamı və bu sərəncamla Vergilər Nazirliyinin qarşısında duran vəzifələrlə bağlı vergi ödəyicilərilə görüşlər keçirilib.

7 oktyabr 2016-cı il tarixində Vegilər Nazirliyinin Şamaxı Tədris Mərkəsində keçirilən dəyirmi masa isə “Vergi sahəsində kadr hazırlığı, problemlər, perspektivlər” mövzusunda idi.

Tədbiri giriş sözü ilə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq vergi orqanları tərəfindən aparılan islahatlar, reallaşdırılmış kompleks tədbirlər və qarşıda duran məqsədlərə çatmaq üçün tərtib edilmiş proqramlar barədə məlumat verdi.
Millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək son dövrlər vergilər nazirliyi tərəfindən konkret hədəflərə yönəlmiş tədbirlərin gözlənilən müsbət nəticələr aldığını qeyd etdi.

Vergi ödəyicilərilə görüş keçirilib Vergi ödəyicilərilə görüş keçirilib Dəyirmi masada müxtəlif təbəqə və sahələrdən, təşkilat rəhbərləri, universitet nümayəndələri, hüquqşünasların çıxışları dinlənildi.
Bir çox maraqlı fikirlər və təkliflərlə zəngin olan dəyirmi masada “Vergi dostu” dostu olaraq mənim də fəlaiyyətim dəyərləndirildi.

Buna görə mən də öz növbəmdə Respulikada vergi siyasətini uğurla davam etdirən cənab nazir, hörmətli Fazil Məmmədova və vergi ödəyiciləri, “Vergi dostları”nın sevimlisi, bu sahədə dəyərli kitabların müəllifi, müşavir Ələkbər Məmmədova və nazirliyin digər əməkdaşlarına 3 saylı Vergilər İdarəsinin “Vergi dotları” adından verdiyi dəyərə görə təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Ceyhun AĞABƏYOV

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: