Heydər ƏLİYEV.
Cəmiyyəti idarə edən hər kəsin - fəhlənin, mühəndisin, həkimin, alimin tərbiyəsində müəllimin rolu əvəzedilməzdir. Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir.
Müəllim şagirdlərin dostu, sirdaşıdır, həmçinin şagirdlərin düzgün addim atmasında bələdçi rolu oynayır. Müəllimin xəzinəsi şagirdlərin qazandıqları uğurlardır. Müəllim nə qədər yorğun olsa belə çəkdiyi əziyyətin bəhrəsin görəndə yorğunluğunu unudur.
Son günlər sosial şəbəkələrdə və televiziyalarda “müəllim şagirdi vurdu”, ”şagird müəllimə qarsi qeyri-etik hərəkət etdi” kimi yazılar, videolar görəndə cox təssüflənirəm. Əvvəllər valideynlər müəllime” əti sənin sümüyü mənim" - deyərdilər, şagirdlərdə müəllimdən həqiqətən çəkinərdilər,qorxardılar ancaq muasir dövrdə nə valideynlər sagirdlərin vurulmasina razıdılar,nə də sagirdlər müəllimdən çəkinirlər. Bəs müəllim aqressiv çətin tərbiyə olunan uşaqlarla necə rəftar etməlidir?Axi onları itirmək olmaz?belə sagirdləri nece təhsilə qaytaraq?
Psixoloq Gülnarə Muxtarova informasiya mərkəzimizə verdiyi məlumata görə, məktəbdə müəllimlər çətin, aqressiv uşaqlara daha çox diqqət ayirmalidirlar... Bəzən əla müəllimlərin digər uşaqlara daha çox vaxt ayırması da bu növ uşaqlari qiciqlandira, diqqətdən kənarda qaldıqlarını hiss etdirə bilər və bu davranışın nəticəsi olaraq onlar deviant davranışlar göstərə bilərlər. Aqressiv,çətin tərbiyə olunan uşaqlarla yalnız müəllim deyil, valideynlər də diqqət mərkəzində saxlamalıdırlar, yəni bu tip uşaqlarla işi müəllim və valideynlər birlikdə aparmalidirlar. Burda diqqət və ya diqqət mərkəzində saxlama dedikdə bu uşağın sixişdirilmasi, aşırı məhdudiyyətlərin qoyulması kimi başa düşülməsin, çünki hərşəyin artığı bildiyimiz kimi ziyandır. Yəni bir sözlə orta qızıl xətt gözlənilməlidir. Çətin, aqressiv uşaqlarla məktəb psixoloqu fərdi söhbətlər aparmalıdır. Onu dinləyib uşağın öz beynində yaratdığı problemi ortaya çıxararaq onu uşağın özünün vasitəsilə həll etməyə yönəlməlidir. Ehtiyac yarandiqda psixoloq müəllim və valideynlə də söhbət aparmalıdır. Valideynlər və eyni zamanda müəllimlər çalışmalıdırlar ki, aqressiv uşaqların fikirlərini dinləsinlər,onların özlərini ifadə etməsinə şərait yaratsınlar. Uşaq nəistəyir? Aqressiv olmağına səbəb nədir? Bunlar araşdırılmalıdır. Bir sözlə, uşaq ətrafı tərəfindən sevildiyini, dinlənildiyini, anlaşıldıgını hiss etməlidir.
-Gülnarə xanım, valideynlər necə etsinlər? Valideynin sözünü eşitməyən şagird sizcə müəllim sözünü eşidərmi?
-Bilirsiz necə, hər bir davranışın, istər aqressivliyin, istər deviant davranışın və s. müəyyən səbəbləri olur. Və bunların da səbəbi uşağın valideyni tərəfindən diqqətsiz qalması, diqqətdən kənarda qalmasıdır. Əgər uşaq dərslərində uğurlu nəticə göstərirsə, bunu valideynin göstərməyə çalışır valideyn "işim var sonra gəl" deyirsə təbii ki, bu uşağin artıq bütün dərsə olan sevgisi də bitəcək, ozunə qapalılıq da yaranacaq- bir sözlə artıq valideyni tərəfindən sevilmədiyini görəcək və onun üçün oxumağin, uğur qazanmağının əhəmiyyəti qalmayacaq ,çünki artıq orda o hiss valideyn tərəfindən öldürüldü. Yəni biz qayıdırıq yenə əvvələ ki, hər şey tərbiyə, davranısın kökləri, mədəniyyət səviyyəsi və s. baslıyır ailədən formalaşır, baxçada, məktəbdə, cəmiyyətdə və s. Ona görə də valideynler ilk öncə diqqətli olmalı və övladlarını sevərək diqqət etməlidirlər. Övladlarını önəmsəməlidirlər.
Göygöl şəhər, İ. Hüseynov adına 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Respubblikanın Əməkdar müəllimi, "Ən yaxşı 100 müəllim" müsabiqəsinin qalibi Qazıyeva Dilarə Halay qızı:- Çətin tərbiyə olunan şagirdlərlərlə fərdi söhbət aparmaq, onların fiikir və maraqlarını öyrənmək və buna uyğun onlara həvəsləndirici iş tapşırmaq lazımdır. Gördükləri işi hörmətlə qarşılamaq, sinif və məktəb kollektivi qarşısında rəğbətləndirmək, bununla onların özünə inam hissini artırmaq,müxtəlif ictimai işlərə cəlb etmək, onlarla dost kimi rəftar etmək lazım olanda onları ən etibarlı,güvənli olduğunu yoldaşları yanında qeyd etmək lazimdır.Çətin tərbiyə olunan uşaqları doğru yola yönəltmək müəllimin mənəvi borcudur. Həmin uşaqlarla daim təmasda olmaq, lazım olarsa evlərinə getmək, onun gələcəkdə yaxşı vətəndaş olacağına inandırmaq lazimdır.
Sonda bir məqamı qeyd edim ki, müəllim sadəcə yolu göstərir, şagird həmin yolu addımlayır.
Əgər şagird istəməsə, müəllim nə qədər çalişsa da şagird bir addim belə qət edə bilməz.
Elşən RAMİZOĞLU.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.