AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru, professor ASİF RÜSTƏMLİ:
Bir neçə il əvvəl dostum, həmyerlim, hazırda Moskva şəhərində yaşayan, Üzeyir bəy Hacıbəylinin
100 illiyi münasibətilə keçirilən Muğam müsabiqəsinin qalibi Güloğlan Nəcəflinin təkidli xahişi ilə bu mahnının (bəstəkarı Tahir Əkbər) sözlərini mən yazmışdım. Geniş dinləyici auditoriyasına çəkinə-çəkinə təqdim etdiyimiz, Böyük Üzeyir bəyin doğma yurdu "Ağcabədi"mizin taleyi məni həmişə qayğılandırır...
Vaxt tapıb bu mahnını dinləyənlərə və münasibət bildirənlərə öncədən təşəkkürlər.
09.02.2017
P.S. Mahnı mətnində adı çəkilən Namiq, Sadiq və Etibar ağcabədili Milli Qəhrəmanlardır.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.