2017-ci il aprelin 18-də
Lerik rayonunda “MDB PAA iştirakçısı olan dövlətlərdə demokratik islahatlar: Azərbaycan Respublikasının təcrübəsi” adlı seminar keçirmişdir.
MDB PAA DİMBİ Bakı filialının Mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki, Seminarda Milli Məclisin deputatları, Lerik Rayon rəhbərliyi, MDB PAA-dan gələn qonaqlar, MDB PAA DİMBİ Bakı filialının Direktoru, həmin filialın əməkdaşları və mətbuat nümayəndələri iştirak etmişlər.
Tədbirdə MDB PAA iştirakçısı olan dövlətlərdə keçirilən demokratik islahatlar və Azərbaycan Respublikasının təcrübəsi haqqında müxtəlif mövzülarda çıxışlar edilmişdir.
Seminarda həmçinin dinləyicilərə filialın apardığı eyniadlı elmi – araşdırma işinin yekunlarını əks etdirən əyani vəsaitlər təqdim edilmişdir.
Tədbir, iştirakçıların sualları əsasında davam edən diskussiyalardan sonra yekunlaşmışdır.
ZiM.Az
.