Sağlam və layiqli vətəndaş yetişdirmək amalı

Sağlam və layiqli vətəndaş yetişdirmək amalı Sağlam və layiqli vətəndaş yetişdirmək amalı Ölkəmizdə uşaqların sağlam və gümrah böyümələri, gələcəyin layiqli vətəndaşları kimi yetişmələri üçün bütün gərəkli tədbirlər görülməsi əsas şərtlərdən biridir.
İnsan uşaqlıq, dövrünün yaddan çıxmaz illərini elə uşaq bağçasından öyrənir. O, düzgün təlim-tərbiyədə təhsilə gedən yolu burdan təyin edir. Buna görə də, o, bunun üçün ilk olaraq bağça müəlliməsi əməyinə borcludur. Bu yöndən deyə bilərik ki, məktəbəqədər müəllimin əməyi çətin, heç bir iş, peşə ilə müqasiyə olunmazdır. O, cəmiyyətə insan yetişməsində ilk addım atan şəxsdir. Bu baxımdan deyə bilərik ki, insanın gələcək həyatında tərbiyəçi müəllim varlığı insan taleyində günəş kimi parlayır. Bu günəşin şəfəqləri ürəklərə daim şəfəqləndirici, ilhamverici, gələcək elmə, biliyə gedən yolun işığıdır.
Bu peşədə çalışmaq üçün gələcəyimiz adlandırdığımız uşaqları sevmək, onlara diqqət və qayğıyla yanaşmaq lazımdır.

Haqqında danışacağımız məktəbəqədər tərbiyə müəllimlərindən biri, Qusar rayonunun İmamqulu kəndindəki Uşaq bağçasının müdiri Rumaya Qəhrəman qızı Əzizovadır.
O, 25 noyabr 1967-ci ildə Qusar rayonunun İmamqulu kəndində anadan olmuş, orta məktəbi Xudat şəhərində bitirmişdir.
1986-ci ilə Qazaxıstan Respublikasında Şevçenko şəhərində (indiki Aktau) Manqışlak Pedoqoji Məktəbinin Məktəbəqədər tərbiyə fakultəsinə qəbul olmuş və 1988-cu ildə həmin məktəbi bitirmişdir.
İş fəaliyyətinə doğma kəndlərində, İmamqulukənd Uşaq bağçasında başlamışdır.
İşini sevən və ona məsuliyyətlə yanaşan Rumaya müəllimə müdir vəzifəsinə qədər yüksəlmişdir.
Hazırda həmin Uşaq bağçasının müdiri vəzifəsində çalışır.

Rumaya xanımın rəhbərlik etdiyi Uşaq bağçası haqqında dediklərindən:
Bağçamız 1967-ildən fəaliyyətdədir. 1970-ildən isə ikinci binası istifadəyə verilib. Hazırda bağçamızda 5 nəfər pedoqoji təhsilli, 8 nəfər orta təhsilli olmaqla 13 nəfər işçi fəaliyyət göstərir. 35 nəfər uşaq bağçamızda təlim-tərbiyə alır. Onlar iki qrupa bölünüblər: kiçik qrupda 2-3 yaş arası, böyük qrupda 4-5 yaş arası uşaqlarımız var. Kollektivimizlə çalışırıq ki, gələcəyimiz adlandırılan uşaqlarımız sağlam, gümrah böyüməklə yanaşı vətənə, yurda sevgi hisslərini də mənimsəsinlər.
Müasir dövrün tələblərinə uyğun olaraq Vətən, Bayraq, Azərbaycan kəlmələrini öyrənməklə, ana yurdun düşmənlərinin kim olduğunu bilsinlər.
Bu baxımdan uşaqların nitq inkişafına da diqqətlə yanaşmaq əsas şərtlərdən biridir və biz bu istiqamətdə də əlimizdən gələni edirik.
Onu da birmənalı şəkildə qeyd etməliyəm ki, dövlətimiz bu yöndə üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir.

Biz də öz növbəmizdə Rumaya müəlliməyə və onun kollektivinə gələcək nəslin təlim-tərbiyəsi işində uğurlar arzulayırıq!..

Vüsal VƏLƏDOV
Qusar qayon, İmamqulu kəndi.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: